254
11:48, Bu gün

"Qarpız" yükündə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlandı - VİDEO

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Moderator.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
 
“Astara” gömrük postunda “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
 
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər