Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Moderator.az-ın məlumatına görə, hadisə aprelin 30-da Bakının Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, C.Naxçıvanski küçəsinə valideynləri ilə qohumlarının evinə qonaq gələn 2021-ci il təvəllüdlü oğlan uşağı nəzarətsiz qaldığından həmin mənzilin qonaq otağından eyvana çıxıb. O, eyvandan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.