Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi
Hadisə
206
10:05, Bu gün

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə aprelin 29-da Yalama–Qusar yolunun rayonun Düztahiroba kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, 1999-cu il təvəllüdlü Mirzəquliyev Orxan Rüfətoviçin idarə etdiyi “Kia K3” markalı avtomobil Qusar istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn, İdayətov İsrafil Şahbaz oğlunun idarə etdiyi “VAZ 21104” markalı avtomobillə toqquşub.
 
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər