Azərbaycan millisi Qazaxıstanı məğlub etdi
İdman
1461
27 Apr 2026 | 19:40

Azərbaycan millisi Qazaxıstanı məğlub etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Moderator.az xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər