21:47
10°C
Bakı
Bakı-Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsməsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.