Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və həmin şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin iyul ayında Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda aparılan araşdırmalar çərçivəsində hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, şahidlərin və digər şəxslərin izahatları alınıb, habelə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanılıb.