Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var
Hadisə
268
09:16, Bu gün

Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
 
1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər