Bizi sosial şəbəkələrdən izləyin:
Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə aprelin 19-da Pirallahı–Qala yolunun Dübəndi bağ massivində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü İntizar Umudovun idarə etdiyi “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Salmanovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, Pirallahı Rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılır.