Bakıda avtobus sürücüsü sükan arxasında ölüb.

Moderator.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində 55 saylı avtobusun sürücüsü, Bakı şəhər sakini, 60 yaşlı Rövşən Hüseynov infarktdan ölüb.

Araşdırmalar rayon prokurorluğunda aparılır.