“DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi genefondumuzun qorunmasına xidmət edir”
Ekskluziv
211
17:18, Bu gün

“DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi genefondumuzun qorunmasına xidmət edir”

Tənzilə Rüstəmxanlı: “Bu mübarizə həm miqyas, həm də mahiyyət etibarilə olduqca böyük və önəmlidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə uğurla davam edir.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, DTX-nın apardığı bu mübarizənin xalqımızın genefondunun qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

“DTX-nın  narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə dövlət təhlükəsizliyimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də gənc nəslim sağlamlığının qorunması, genefondumuzun hifz edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bildiyiniz kimi, narkotiklərin qanunsuz dövriyyəsi müasir dünyamızın əsas problemlərindən biridir və qlobal xarakterli təhlükə hesab olunur.  ABŞ kimi super güclər belə bu problemə qarşı təkbaşına mübarizədə ciddi çətinliklərlə qarşılaşırlar. Azərbaycan isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm uğurları ilə diqqət çəkir. Bu baxımdan DTX-nın narkotiklərə qarşı mübarizə müstəvisində atdığı addımlar həm miqyas, həm də mahiyyət etibarilə mühüm həmiyyət kəsb edir. Nümunə üçün qeyd edək ki, cari ilin 11 aprel tarixində DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb ki, bu da oldaqca böyük uğurdur.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan bu mübarizə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alır, gənclərin həm fizki, həm əqli, həm də ruhi-mənəvi sağlamlığının qorunmasını təmin edir. Gənclərimizin narkotik bəlasından hifz edilməsi həm də dövlət və xalq olaraq gələcəyimizin qorunması, inkişafımızın sığortalanması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dövlətimizin gələcəyinin və təhlükəsizliyinin sağlam və vətənpərvər gəncliyə bağlı olduğunu vurğulayb, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkotiklərə qarşı aparılan mübarizə məhz belə bir gəncliyin formalaşdırılması baxımından son dərəcə vacibdir və birmənalı şəkildə DTX-nın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hesab oluna bilər.

DTX-ya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aprdığı mübarizədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər