Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN
Siyasət
196
17:40, Bu gün

Prezidentdən bir sıra qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında dəyişiklik edib.

Moderator.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakının Qaradağ rayonundakı "Qaradağ I və II", Qaradağ rayonu və Abşeron rayonundakı "Güzdək muldası" əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən "Katexçay I və II" , Balakən rayonu ərazisində yerləşən "Balakənçay I və II", Oğuz rayonu ərazisində yerləşən "Ağçay I" qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən "İmişli" qum-çınqıl yataqları daxilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri "AzerGold" QSC-nin istifadəsinə verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər