Elektronika mağazasını talayan şəxslər saxlanıldı
Hadisə
249
14:40, Bu gün

Elektronika mağazasını talayan şəxslər saxlanıldı

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən elektronika mağazalarının birindən oğurluq edilib. Naməlum şəxslər gecə saatlarında obyektə daxil olaraq oradan müxtəlif elektron cihazlar və pul vəsaiti oğurlayıblar.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Salmanov və V.Nəsirov saxlanılıblar.
 
Onların mağazadan 243 manat nağd pul, 1500 manat dəyərində noutbuk və 2 ədəd mobil telefon götürərək hadisə yerindən uzaqlaşdıqları məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər