Vaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama
Dünya
170
16:00, Bu gün

Vaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama

İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali "Vedomosti" qəzetinə müsahibəsində məlumat verib.

"Biz həmişə danışıqlara hazır olduğumuzu bəyan edirdik. Amma güc və təhdid mövqeyindən danışıqlara yox. Təzyiq altında olan danışıqlara yox. ABŞ-lilər (əvvəlcə) 15 maddəlik danışıqlar planı təqdim etdilər. Və biz dərhal onların 15 maddəlik planını rədd etdik. Biz bununla razılaşa bilməzdik. Sonra isə ABŞ-lilər özləri vasitəçilər üzərindən İrana yeni plan hazırlamağı təklif etdilər", - deyə o bildirib.

Kazım Cəlali əlavə edib ki, İran 10 maddəlik plan hazırlayıb. Onların vasitəçilərinin sözlərinə görə, ABŞ bu planla razılaşıb və bu, danışıqlar üçün əsas ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər