Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı
Hadisə
285
19:07, Bu gün

Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı

Bakı şəhərinin Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər