Dövlətçilik ənənələrinə sadiqlik
Gündəm
Oxunub: 3105
25 May 2023 | 20:41
Dövlətçilik ənənələrinə sadiqlik

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qürurla qeyd edirik ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 

Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Müstəqilliyimizi yenidən bizə qaytaran Ulu öndər fəaliyyəti dövründə həmişə İstiqlal Bəyannaməsinə hörmətlə yanaşmış, verdiyi fərman və sərəncamlarda həmişə İstiqlal Bəyannaməsinə istinad etmişdir.

Buna misal 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasını göstərmək olar.  Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur.

Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın Silahlı Qüvvələri yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Prezident İlham Əliyevin səyləri nəticəsində xarici dövlətlərlə hərtərəfli beynəlxalq münasibətlər inkişaf etdirilib, balanslaşdırılmış siyasət nəticəsində Cənubi Qafqazda sabitlik təmin olunub, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib.

Ölkə rəhbəri fəaliyyəti dövründə dövlətçilik ənənələrinə sadiqlik göstərir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb.

Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Qələbə ilə regionda yaradılmış yeni reallıq müstəqilliyin tarixində yeni “Qalib xalq” düşüncə fəlsəfəsinin formalaşmasını tələb edir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi.

Məqaləmi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müstəqilliyimizi ən dolğun ifadə edən sözləri ilə yekunlaşdırıram: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.... Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı

 

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
20:00, Bu gün
Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirib
19:58, Bu gün
Silahların təkamülü: Türkiyə üçün HAVA SOJ, Ukrayna üçün TAURUS - VİDEO
19:57, Bu gün
İran-Pakistan sərhədində atışma: Ölənlər var - FOTO
19:56, Bu gün
Naxçıvan Baş Gömrük İdarəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
19:55, Bu gün
Kişineuda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB
19:48, Bu gün
Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib - FOTO
19:47, Bu gün
Bakıdakı dünya çempionatında daha 2 dəst medal öz sahibini tapıb
19:36, Bu gün
Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb
19:31, Bu gün
"Ərdoğanın qələbəsi Türkiyənin xarici siyasətində yeni dövrün başlanğıcıdır" - "Yeni Şafak"
19:25, Bu gün
BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti seçilib
19:23, Bu gün
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
19:20, Bu gün
Salome Zurabişvili: "Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir"
19:15, Bu gün
Sabah Bakının iki rayonunda su kəsiləcək
19:08, Bu gün
Bəzi rayonlara leysan xarakterli yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
19:05, Bu gün
ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir
18:57, Bu gün
Oğuza güclü dolu düşüb
18:54, Bu gün
Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur gətirmədi...
18:48, Bu gün
Prezidentin səlahiyyətli nümayəndəsi: "Naxçıvanın problemlərini dəqiq bilirik, təkliflərimizi rəhbərliyə çatdırmışıq"
18:45, Bu gün
ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycana Avropanın enerji təhlükəsizliyinə töhfəsinə görə minnətdarıq”
18:39, Bu gün
Çexiya şirkətləri Qarabağda günəş və külək enerjisi qurğuları istehsal edə bilər
18:32, Bu gün
İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı bıçaqladı - VİDEO
18:20, Bu gün
Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər
18:19, Bu gün
Kişineuda Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü başlayıb
18:18, Bu gün
Moldovada Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü başlayıb
18:17, Bu gün
Əlilliyi müəyyən edilmiş uşaqlar üçün konsert proqramı təşkil olunub
18:15, Bu gün
Mariya Stadnikin reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib
18:08, Bu gün
NATO-Ukrayna Şurası yaradılacaq
18:00, Bu gün
Mirzə Cəlilin Əbdürrəhimbəy Haqverdiyevlə Şuşadakı birgə istirahət anlarından... 
18:00, Bu gün
İraqda həbsdə saxlanılan Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib
17:55, Bu gün
Azərbaycan Ordusunun hərbçiləri ilə NATO-nun nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib
17:51, Bu gün
Antoni Blinken: "NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq"
17:47, Bu gün
Fuad Nəcəfli: “Naxçıvanda günəş elektrik stansiyası tikiləcək”
17:45, Bu gün
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirdi - FOTOLAR
17:42, Bu gün
“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara DƏSTƏK - FOTOLAR
17:40, Bu gün
Azərbaycanın iki taekvondoçusunun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib
17:33, Bu gün
Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
17:33, Bu gün
"Priqojin rusiyalıları Putinin əvəzlənməsinə çağırış etməyə sövq edib" - Britaniya kəşfiyyatı
17:25, Bu gün
Volodimir Zelenski: “Avropa Ukraynaya köməkdə tərəddüd edir, Rusiya isə səngər qazır”
17:20, Bu gün
Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib
17:18, Bu gün
Polad Bülbüloğlunun “YouTube”a qanunsuz yerləşdirilən mahnıları silinib
17:10, Bu gün
Prezident İlham Əliyev Kişineuda enerji təhlükəsizliyinə həsr olunmuş dəyirmi masada iştirak edib
17:05, Bu gün
Azərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak edib
17:00, Bu gün
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
16:55, Bu gün
Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub
16:53, Bu gün
Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK
16:50, Bu gün
Ötən ay xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb
16:45, Bu gün
"Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən sakinləri oldu - FOTOLAR
16:43, Bu gün
Böyük Britaniya şirkətləri Qarabağda "yaşıl enerji" layihələrinə maraq göstərirlər
16:37, Bu gün
Şarl Mişel və Volodimir Zelenski arasında görüş olub
16:35, Bu gün
UNEC ilə Ege Universiteti ikili diplom proqramına başladı - FOTOLAR
16:30, Bu gün
Azərbaycanın Ukraynada şərab zavodu var
16:25, Bu gün
Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik”
16:17, Bu gün
Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
16:16, Bu gün
Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib
16:15, Bu gün
Fransada kafedə atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
16:06, Bu gün
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
16:00, Bu gün
"Rusiya demoqrafik uçuruma yuvarlanır: hakimiyyət bunun nədən baş verdiyini anlamır..."
15:47, Bu gün
Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir
15:40, Bu gün
Azərbaycan “China International Energy Sources Group”la əməkdaşlıq imkanlarını müzakirə edib
15:35, Bu gün
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb
15:30, Bu gün
BMT baş katibi və Türkiyə Prezidenti regional məsələləri müzakirə ediblər
15:27, Bu gün
Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb
15:25, Bu gün
Aİ enerji təhlükəsizliyi üçün daxili infrastruktur xətlərinin yaradılmasını maliyyələşdirir
15:20, Bu gün
Alen Simonyan: "Sülh prosesi artıq başlayıb"
15:15, Bu gün
MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan etdi
15:11, Bu gün
Zaman göstərdi ki, bu, olduqca dəqiq seçimdir...
15:10, Bu gün
Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına səfər edib
15:05, Bu gün
Qırğız Prezidenti Ərdoğana zəng edib
15:00, Bu gün
"Qalatasaray" baş məşqçisi ilə 4 illik müqavilə imzalayacaq
14:55, Bu gün
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib - YENİLƏNİB
14:41, Bu gün
Sandu: “Biz ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini itirməsi ilə razılaşa bilmərik”
14:32, Bu gün
Türkiyədə müxalifətin seçki bloku dağılıb
14:23, Bu gün
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır
14:15, Bu gün
Dövlət Gömrük Komitəsi  “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirdi - FOTO/VİDEO
14:05, Bu gün
"Qərbdən təcrid edilən Rusiya nicatı Afrikada axtarır..."
14:00, Bu gün
Prezident Administrasiyasının rəhbəri Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
13:56, Bu gün
DİN: "Bolt" və "Uber" taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb"
13:42, Bu gün
Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
13:42, Bu gün
Bu nəyin bayrağıdır? - Təhsil eksperti nazirliyin biabırçı paylaşımını topa tutdu...
13:31, Bu gün
Sabahın hava proqnozu açıqlanıb
13:24, Bu gün
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
13:20, Bu gün
"Total": "Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq"
13:13, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan özünü Avropanın etibarlı tərəfdaşı kimi sübut etdi”
13:08, Bu gün
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edir
13:04, Bu gün
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə raşistlər ölüm saçır, Ukrayna uşaqlarını qətlə yetirir...
12:57, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
12:50, Bu gün
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb
12:43, Bu gün
Qari Cons: "Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarımızı davam etdirəcəyik"
12:41, Bu gün
Belçikanın Baş naziri: “Azərbaycanı sammitdə görməyə şadıq”
12:40, Bu gün
BDU-da proqramlaşdırma müsabiqəsi keçirilib
12:34, Bu gün
DYP yol qəzalarının başvermə səbəblərini açıqlayıb
12:33, Bu gün
İvan Muşket: “Heydər Əliyev mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”
12:27, Bu gün
"Bakı Sağlamlıq Mərkəzi"  uşaqları təbrik edib, maarifləndirmə keçirib
12:21, Bu gün
Sudanın paytaxtı bombalanıb, 17 nəfər ölüb, 106 nəfər yaralanıb
12:05, Bu gün
Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib - FOTO
12:03, Bu gün
“Coffee`N Joy” “Yayland Fest”də iştirak edir
12:00, Bu gün
Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi - FOTO/VİDEO
11:59, Bu gün
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib
11:58, Bu gün
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb, Zakir Həsənov məruzələri dinləyib
11:57, Bu gün
Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri açıqlanıb
GÜNLÜK
31 May 2023 | 20:57
Putin az qala Ukrayna dronlarının hücumuna məruz qalacaqmış, prezident həyəcan siqnalı ilə yataqdan qaldırılıb...
31 May 2023 | 22:47
“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”
07:41, Bu gün
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
10:56, Bu gün
“Zənnimcə, Rusiya Xocalı, Xankəndi... məsələsində də çox israrlı ola bilməyəcək...”
31 May 2023 | 20:05
"AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalı, bürokratik prosedur ləğv edilməlidir..."
31 May 2023 | 23:31
"Qoca kaftarın müdrikliyi çatmayıb, onun istedadı isə artıq tükənib..."
31 May 2023 | 20:17
Kaş onu vaxtaşırı həmin verilişlər vasitəsilə dinləyə bilərdik...
31 May 2023 | 23:27
“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”
31 May 2023 | 21:34
İlham Əliyev Kişinevdə Moldova prezidenti Maya Sandu ilə görüşüb – FOTO/YENİLƏNİB     
31 May 2023 | 20:10
Mingəçevirdə orta məktəb binasında yanğın olub
HƏFTƏLİK
28 May 2023 | 10:16
"İnşallah tezliklə 50 milyonluq azərbaycanlının arzuları çin olacaq..."
30 May 2023 | 09:47
Arayik Xankəndində kütləvi tədbirləri “sülhməramlı”ların göstərişi ilə qadağan edib...
29 May 2023 | 10:08
“İyunun 1-də Kişinyovda sülh sazişi imzalanacağına ümidim yoxdur, çünki hələ..."
31 May 2023 | 07:50
Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi...
28 May 2023 | 15:12
"Alp-Arslan Qafanı tutdu və Zəngəzur 150 il Səlcuqluların hakimiyyəti altında qaldı..."
29 May 2023 | 23:43
“Əhməd”in ölümünə sarsılan “Ceyran”: “Elxan oğluna qovuşdu, mənə onsuz çox çətin olacaq”
29 May 2023 | 11:50
Xankəndinə nəzarətin “son addımı" atılacaq...
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...
29 May 2023 | 21:08
"Müğənni xanımı kimsə öz oğluna gəlin etməzdi, düşünürdülər ki, bir xanım əgər səhnədədirsə..."
26 May 2023 | 15:02
"Moskva görüşü diplomatiyamızın Münhen və Brüsseldəki uğurunun davamıdır”
AYLIQ
31 May 2023 | 20:57
Putin az qala Ukrayna dronlarının hücumuna məruz qalacaqmış, prezident həyəcan siqnalı ilə yataqdan qaldırılıb...
31 May 2023 | 22:47
“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”
07:41, Bu gün
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
10:56, Bu gün
“Zənnimcə, Rusiya Xocalı, Xankəndi... məsələsində də çox israrlı ola bilməyəcək...”
31 May 2023 | 20:05
"AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalı, bürokratik prosedur ləğv edilməlidir..."
31 May 2023 | 23:31
"Qoca kaftarın müdrikliyi çatmayıb, onun istedadı isə artıq tükənib..."
31 May 2023 | 20:17
Kaş onu vaxtaşırı həmin verilişlər vasitəsilə dinləyə bilərdik...
31 May 2023 | 23:27
“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”
31 May 2023 | 21:34
İlham Əliyev Kişinevdə Moldova prezidenti Maya Sandu ilə görüşüb – FOTO/YENİLƏNİB     
31 May 2023 | 20:10
Mingəçevirdə orta məktəb binasında yanğın olub