"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən Moderator.az-a verilən məlumatda iddia olunur ki, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı 21 fevral 2014-cü il tarixində, saat 12:00-dan etibarən qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaqdır
Məlumat üçün bildiririk ki, havaların bir müddət kəskin soyuq keçməsi
və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə
alaraq, “Bakıelektrikşəbəkə” ASC ona ünvanlanmış borclu abonentlərin çoxsaylı
müraciətləri əsasında elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər etmişdir.
Elektrik enerjisindən istifadə ilə bağlı
yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc
Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin
talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə
hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun
məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən
çox ciddi tədbirlər görüləcəkdir.
Elektrik
enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi
haqlarınını dərhal ödənilməsi xahiş olunur.
Borcların ödənilməsi
bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin
ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn”
olaraq həyata keçirilə bilər.