Adı bakılı olan milyarder - Vahid Ələkbərova “bizimki” demək olarmı?
Gündəm
Oxunub: 4016
29 Dec 2017 | 10:58
Adı bakılı olan milyarder
  - Vahid Ələkbərova “bizimki” demək olarmı?

Elə azərbaycanlılar var ki, kənarda böyük uğurlara imza atıb, ad-san, var-dövlət toplamağa nail olsalar da, haradan olduqlarını sanki unudub özlərini sırf getdikləri ölkələrə həsr edirlər. Belələrindən biri də Vahid Ələkbərovdur desək, yəqin ki, səhv etmiş olmarıq. “Forbes” jurnalının siyahısında Rusiyanın 6-cı varlı şəxsi, tək Rusiyanın deyil, dünyanın ən iri neft şirkətlərindən biri olan “LUKoyl”un yaradıcısı Vahid Ələkbərov.

Vahid Ələkbərov kimdir?

1950-ci ildə Bakının o vaxtkı Razin, indiki Bakıxanov qəsəbəsində anadan olan V.Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası Tatyana Fyodrovna isə rus kazaklarından idi. Atasını vaxtsız itirdiyinə görə onun tərbiyəsi ilə anası məşğul olub. Beş uşaqdan sonbeşiyi olan Vahidin özünün dediyinə görə, maddi çətinlik çəkən ailəsinə yardım etmək üçün balıq tutub satdığı günlər çox olub. Elə bu maddi sıxıntılara görə də evdə ali təhsili yalnız o ala bilib.

O vaxtkı Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsində operator kimi başlayıb. İnstitutu bitirənədək artıq sex müdirinin müavini vəzifəsinə yüksəlməyi bacarıb.  80-ci illərin əvvəllərində partiya tapşırığı ilə Qərbi Sibirin neft mədənlərinə göndərilib. Burada “Surqutneft”, “Fedorovckneft” kimi iri neft şirkətlərində rəhbər vəzifələrdə işləyib. 1984-cü ildə V.Ələkbərov “Koqalımneftqaz”ın baş direktoru təyinatına nail olub. Deyilənə görə, buna qədər o, təyinatda sözü keçə bilən çoxsaylı insanlarla dostluq əlaqələri yaratmağa müvəffəq olubmuş. Direktor olduqdan sonra yatağın işlənməsinə səxavətlə ayrılan dövlət vəsaitlərindən bacarıqla istifadə edən V.Ələkbərov  1990-cı ildə SSRİ neft-qaz sənayesi nazirinin müavini təyin olunur.

1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqepasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb.

1993-cü ildən indiyədək “LUKoyl” şirkətinə prezidentlik edir. Şirkətin 23 faiz səhminin sahibidir. 2016-cı ildə bu səhmlər üzrə divident olaraq 590 milyon dollar gəlir əldə edib. Hazırda “LUKoyl”un Belarus, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Deyilənə görə, V.Ələkbərov keçmiş hərbçiləri işə götürməyə daha həvəslidir - əmrlərə sözsüz tabe olduqları üçün. Elə buna görə də “LUKoyl”un işçilərinin yarıdan çoxu keçmiş hərbçilərdən ibarətdir.

V.Ələkbərov metal sikkələrin böyük kolleksioneridir. Özünün 700 sikkədən ibarət kolleksiyasını nümayiş etdirmək üçün  Moskvanın Afanasyevski döngəsində Beynəlxalq Numizmatika Muzeyini yaradıb. Burada onun əldə edə bildiyi 700-dən yuxarı sikkə nümayiş olunur. Kolleksiya Qədim Yunanıstan, Roma imperiyası, Çar Rusiyası və sovet  dövrünə məxsus metal pullardan ibarətdir. Onların arasında ən bahalısı 1844-cü ilə aid 12 manatlıq metal puldur - V.Ələkbərov onu 2013-cü ildə Maison Palombo auksionunda 380 min İsveçrə frankı və ya 410 min avroya əldə edib.

Bundan əlavə, o, hələ Bakıda yaşadığı dövrlərdən poçt markalarını toplayır.
2007-ci ildə Rusiyada sosial sahibkarlığın inkişafına dəstək verən “Regional Sosial Proqramlar Fondu”nu yaradıb.

2016-cı ilin fevralında “Galactica” adlı yaxtasını 19,5 milyon avroya sataraq, 70 metrlik “Galactica Super Nova” adlı yenisinə “köçüb”. Həmin ilin sentyabrında Ələkbərovun bu yeni “oyuncağı”  ilin ən yaxşı yeni yaxtası və interyerin ən yaxşı dizaynı nominasiyalarında qalib elan edilib.

Ələkbərovun başı üzərində qara buludlar dolaşır

Son illərdə Ələkbərovla Rusiya hakimiyyəti, daha doğrusu, prezident Vladimir Putin arasında soyuq küləklər əsməyə başlayıb. Bəzi mənbələr bunu V.Ələkbərovun hədsiz varlanması ilə bağlayırlar. Belə ki, Rusiya dövləti Qərbin sanksiyaları altında inləyib, valyuta ehtiyatlarını əritdiyi 2016-cı ildə “LUKoil” prezidenti var-dövlətini 14,5 milyard dollara qədər artırmağı bacarıb. Onun bu bacarığı isə Rusiyada dövlətləşməyə üstünlük verən Putinin heç də ürəyincə olmayıb.

Digər versiyaya görə, V.Ələkbərov böyük həcmdə vəsaitlərini gizli yollarla Rusiyadan çıxarıb. Bu isə ölkə rəhbərliyini qəzəbləndirib. Bu səbəbdən də “Başneft”in 50,1 faiz səhminin “LUKoil” tərəfindən alınmasına imkan verilməyib. Ötən il bu paketi dövlətə məxsus “Rosneft”ə satdılar.

Rusiya mətbuatının yaydığı məlumatlara görə, V.Ələkbərovun ofisində V.Putinin fotoşəkili rəngli deyil, ağ-qaradır. Guya bu, Putinlə Ələkbərov arasındakı soyuq münasibətlərdən xəbər verir.

Bir neçə gün əvvəl isə məlum oldu ki, Rusiya Baş Prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan “Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb.

Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir (virtualaz.org).

Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, “LUKoil” prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan “Arxangelsk geoloji hasilat” (“Arxanqelskgeoldobıça”) şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırıyıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları-Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.

Xəbər verildiyi kimi, “Otkrıtie” bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank avqustdan bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil.

Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir. “Otkrıtiye” bankı eyniadlı holdinqə məxsusdur. Holdinqin təsisçiləri isə Vadim Belyayev (28,6 faiz), Vahid Ələkbərov və Leonid Fedun (19,9 faiz), VTB(10 faiz), İST Qrupu (9,8 faiz), Ruben Aqanbekyan (8 faiz), “Lukoyl Qarant” (7,1 faiz) və Aleksandr Mamutdur (6,7 faiz).

Rusiya Mərkəzi Bankında holdinq daxilindəki bəzi maliyyə sxemləri şübhəli gəldiyi üçün Baş Prokurorluqdan bankın aktivlərin çəkilməsi xarakteri daşıyan bəzi alqı-satqılarının yoxlanmasını istəyib. Bu barədə dekabrın 1-də Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev məlumat açıqlayıb. Bloombergə müsahibəsində o deyib: “Biz menecmentin məlumatlı olması şəraitində açıq şəkildə bankın zərərinə olan şərtlərlə bağlanmış müqavilələri mübahisələndirəcəyik”. Pozdışev həmçinin bildirib ki, bankdan oğurlanan vəsaitlərin məbləği 5 milyard rubla yaxındır.

Avqustdan dekabradək Mərkəzi Bank “Otkrıtiye”nin 31 milyard rublluq aktivini və 15 milyard rubl vəsaitini bərpa edə bilib. Daha 79 milyard rubl dəyərində aktivlər isə hazırda qiymətləndirmə və rəsmiləşmə mərhələsindədir.

Onu da qeyd edək ki, “Otkrıtiye” bankı Rusiyada sistem əhəmiyyətli bank hesab olunur. Ölkə banklarının ilk onluğuna daxildir. Onun çökməsi bütün Rusiya maliyyə sistemində dərin böhrana səbəb ola bilər. Buna görə də Rusiya Mərkəzi Bankı bu ilin avqustundan onu idarəçiliyə götürüb. Bu zaman bankın səhmlərinin 75 faizi Mərkəzi Banka keçir, 25 faizi isə səhmdarların nəzarətində qalır. Əgər bankın maliyyə əməliyyatlarında səhmdarların hər hansı maxinasiyası üzə çıxarsa, onda 25 faiz də onlardan alınacaq.

Bakılı neft maqnatının Azərbaycanla əlaqələri

Vahid Ələkbərov Azərbaycanla əlaqələrini də neft üzərindən qurub. “Əsrin müqaviləsi” imzalananda Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsinlə isti münasibətlərindən istifadə edərək ölkənin müqavilədəki tək təmsilçisi olmağı bacardı. Burada əldə etdiyi 10 faizlik payını isə 2003-cü ildə İNPEX-ə nə az, nə çox - düz, 1 milyard 354 milyon dollara satmağa nail oldu.

Bundan əlavə, “LUKoil” “Şahdəniz” yatağının işlənməsi layihəsində də 10 faizlik paya malikdir. Şirkət Azərbaycanda çoxsaylı yanacaqdoldurma məntəqələrinə, həmçinin “Nikoil” banka da sahibdir.

Son məlumatlara görə, Ələkbərov “AccessBank”ı da alaraq “Nikoil”ə birləşdirmək niyyətindədir.

Maraqlıdır ki, 2013-cü il prezident seçkiləri ərəfəsində V.Ələkbərov Rusiyada yaradılan və bilavasitə Azərbaycan hakimiyyətinə qarşı olan “Milyarderlər İttifaqı”na üzv olmuşdu. Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi layihəsi sayılan bu ittifaqa üzv olmaqla V.Ələkbərovun doğulub-böyüdüyü ölkədə siyasi proseslərin iştirakçısı olmağa çalışması diqqəti cəlb edir.

Onu da qeyd edək ki, hazırda cənab Ələkbərovun Azərbaycanla əlaqələri sırf biznes xarakterlidir. Onun ölkəmizdə hansısa xeyriyyə, yaxud humanitar bir layihə həyata keçirməsi faktı qeydə alınmayıb. Elə Rusiyada yaşayan soydaşlarımıza da hansısa xeyrinin dəydiyini söyləmək mümkün deyil. Necə deyərlər, Rusiyaya gedərək hansısa çətinliyə düşən azərbaycanlının ağlına belə gəlməz ki, Vahid Ələkbərova üz tutsun. Buna görə də bu “bakılı balası”nın, elə yalnız adı bakılıdır. “Dadını” isə daha çox Rusiya və ruslar görür...(musavat.com)
Oxşar xəbərlər
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı