Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77-XB-918 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" avtomobilinə baxış keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.
Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Məlik Sabir oğlu Əzizova məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət əvvəl də Masallı rayonunda M.Əzizova məxsus 227 kiloqram istehlaka yararsız at əti aşkarlanaraq götürülmüşdü.