Külli miqdarda narkotiki Azərbaycana keçirmək istədilər - FOTO
233
12:55, Bu gün

Külli miqdarda narkotiki Azərbaycana keçirmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər