Tramp əlində avtomatla İranı hədələdi - FOTO
226
14:12, Bu gün

Tramp əlində avtomatla İranı hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasındakı hesabında paylaşım edib.
 
ABŞ lideri paylaşımda hərbi əməliyyatlar fonunda əlində avtomatla təsvir olunub.
 
"Artıq yaxşı oğlan olmayacaq!", - deyə fotonun üzərində yazılıb.
 
"İran heç cür gücünü toplaya bilmir. Onlar qeyri-nüvə əməkdaşlıq sazişini necə imzalayacaqlarını bilmirlər. Yaxşı olar ki, onlar tezliklə ağıllansınlar!", - deyə o, paylaşımda yazıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər