Ağdama növbəti köç karvanı yola salındı - FOTO
291
07:58, Bu gün

Ağdama növbəti köç karvanı yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailə yola salınıb.
 
Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər