Ceyhun Bayramov tailandlı həmkarına azad edilmiş ərazilərdəki bərpa işləri barədə məlumat verdi - YENİLƏNİB+FOTO
658
15:52, Bu gün

Ceyhun Bayramov tailandlı həmkarına azad edilmiş ərazilərdəki bərpa işləri barədə məlumat verdi - YENİLƏNİB+FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçünmövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
 
2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda Səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.
 
Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.
 
Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
 
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
12:30
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Sihasak Phuanqketkeovla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, nazirlər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər. Siyasi dialoq, iqtisadi-ticari əlaqələr, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
 
2025-ci ilin dekabrında Azərbaycanın Tailandda səfirliyinin açılması və nazirliklər arasında siyasi məsləhətləşmələrin birinci raundunun keçirilməsi münasibətlərin institusional bazasını gücləndirən əsas hadisələr kimi qeyd edilib.
 
Tərəflər BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) daxil olmaqla, beynəlxalq platformalar çərçivəsində tərəfdaşlığın önəmini qeyd ediblər.
 
Ceyhun Bayramov həmkarına Azərbaycanın sülh gündəmi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri və minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib.
 
Görüşdə həmçinin geniş regionun təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər