Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini - 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus "Mercedes "markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı, 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus "Volvo" markalı TIR-a çırpılıb. Nəticədə minik maşını deformasiyaya uğrayıb.
Qəza zamanı R.Hacımahmudov, onun sərnişinləri - 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, minik maşınının sürücüsü toydan qayıdan zaman qəza törədib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.