Direktor və müavininə ağır İTTİHAMLAR: “Vicdan yaxşı şeydir, dedilər ki, sən müharibə veteranı deyilsən” - FOTO+ÖZƏL
2745
15:24, Bu gün

Direktor və müavininə ağır İTTİHAMLAR: “Vicdan yaxşı şeydir, dedilər ki, sən müharibə veteranı deyilsən” - FOTO+ÖZƏL

“2021-ci ildən Azərbaycan dövlət Akademik Opera və Balet Teatrının solistiyəm. O zaman teatrın direktoru Akif Məlikov idi. Onun dövründə-yəni 2022-2023 illər ərzində Yusif Eyvazov direktor təyin olunana qədər mən teatırımızda çoxsaylı rolların ifaçısı olmuşam. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Əsgər, “O olmasın, bu olsun” operettasında Sərvər, Leon Cavallonun “Payatsı” operasında Arlekin, Vasif Adıgözəlovun “Natavan” operasında rus generalı, Mirzə Fəna, Mozartın “Cosi fan tutte” operasında Ferrando, Vaynşteynin “Çəkməli pişik” operasında kral, Raxmaninovun “Aleko” operasında gənc qaraçı, Fikrət Əmirovun “Sevil” operasında Balaş, Cüzeppe Verdinin “Traviata” operasında Alfred və s. obrazları uğurla canlandırmışam. Hətta Akif məllim sağolsun qısa zaman ərzində rol öyrənib, ləğv olunmaq üzrə olan tamaşanı xilas etdiyim üçün iki dəfə kateqoriyamı qaldırıb”.
Bunu Moderator.az-a açıqlamasında Akademik Opera və Balet teatrının solisti, 44 günlük Qarabağ müharibəsi veteranı Atəş Qarayev deyib.
O daha sonra bildirib ki, xalq artisti Yusif Eyvazov teatra rəhbərlik edəndən sonra problemlər bir-bir ortaya çıxıb: 
 
“Yusif Eyvazov teatra rəhbərlik etdikdən sonra Akif müəllimin dövründə uğurla ifa etdiyim “Sevil” operasını mənə qadağa etdi.  Həmçinin “Toska” və “Kənd Namusu” operalarında ifa etmək istəyimə də qarşı çıxdı. Və bütün bu səbəbsiz qadağaların nəticəsidir ki, mənə il ərzində 3 tamaşadan artıq tamaşa verilmir.  Bu təkcə Yusif Eyvazovun günahı deyil, burada başqa məqamlar da var. Mənim ifa etdiyim tamaşaların azalma səbəbkarlarından ən böyüyü Ramil Qasımovdur. O direktor müavini təyin olunandan sonra demək olar kı, bütün qərarları direktorun əvəzinə özü verir. Çünki direktorumuz ayda bir dəfə, uzağı 2 dəfə Bakıya gəlsə möcüzə olardı. Yusif Eyvazov üçün Ramil Qasımov lazımlı işçidir. Çünki direktorun görməli olduğu bütün işləri o görür və bundan sui-istifadə edərək ancaq özü oxuyacağı tamaşaları və direktorun oxuyacağı tamaşaları reklam edir. Bu azmış kimi mənim və digər solistlərin oxuyacağı tamaşaların afişa və reklamlarını 4-5 gün qalmış buraxdırır ki, insanlar gec xəbər tutsunlar və mümkün qədər tamaşalarıma az insan gəlsin.
Ramil Qasımovun məhşur bir sozü var-“Qardaşın sənə nə qulluq eləsin?”. Həmişə demişəm “sağol, ehtiyac yoxdur”. Bəs ay Ramil, qardaş qardaşa heç badalaq vurarmı?! Eqosunun nəticəsimi deyim, qeyri-sağlam rəqabət üsullarımı deyim ama əfsuslar olsun ki, bu da Ramil Qasımov reallığıdır. “Toska” operasını oxumaq üçün ən azı 4-5 dəfə tamaşanın günü dəyişdirildi. Çünki öyrənib yadda saxlaya bilmirdi. Mən isə 2025-ci ildə bir aya “Bohema” operasını öyrənib, tamaşaya hazır idim. Amma möhkəm xəstələndim və xahiş edəndə ki, tamaşanın günü dəyişdirilsin, dirijorumuz Əyyub Quliyev buna etiraz etdi və üstəlik nəinki orkestr məşqlərini etdim, həmçinin tamaşanı xəstə çıxıb oxumağa məcbur edildim. Mən xəstə halda oxuduğum üçün səsimi itirmək təhlükəsi ilə üz-üzə qalmışdım. Buna görə demək olar kı, 2 ay susmalı idim. Mənim teatrda 2 ay ərzində heç bir işim, tamaşam yox idi. Ramil Qasımov bundan xəbərdar idi ki, mən müalicə alıram və susmalıyam. Bu arada Ramil Qasımov “Traviata” operasını oxumalı idi. Hansı ki, onu da mən oxumalı idim. Təbii ki, əgər ədalət prinsipinə əsaslansaq. Çünki o artıq “Nəsimi” və “Toska” operasını oxumuşdu. Halbuki müavin ümumiyyətlə səhnəyə çıxmamalı, administrativ işlərini görməlidir. Mən direktorun adına ərizə yazdım. Ramil Qasımov məni çağırıb dedi ki, “sən keçən il oxumusan, icazə ver mən oxuyum”. Dedim ki, oxu, amma sonra heç kim mənə deməsin ki, Atəş ildə 3 tamaşa oxuyur.. Həyat necə də ironikdir. Elə oldu ki, Ramil Qasımovun səsində problem yarandı və “Traviata” operasından bu yaxınlarda imtina etdi. Buradan da belə bir qənaətə gəlmək olar kı, teatrda ədalət prinsipi yoxdur. Mən olsaydım məcbur, xəstə-xəstə oxutdurardılar”, - deyə sənətçi bildirib.
Atəş Qarayev Yusif Eyvazovla sözünün kəsişdiyi, ona qarşı haqsızlıq edildiyi mövzulardan da danışıb:
“Teatrda çalışmaq, Azərbaycan mədəniyyətinin əsgəri olmaq çox şərəfli bir yoldur. Teatrın iş rejimi də çox spesifkdir. Demək olar butün qonşu dövlətlərdə və bizdə də həmişə belə olub ki, tamaşan, orkestır məşqlərin, rejissorla məşqlərin nə zaman varsa, o zaman da o saatda işə gəlirsən və təbii ki, bununla iş bitmir. Çünki biz evə gedib dincəlmirik. Bizim işimizin özəlliyi və ən əsas da çətinliyi elə burasındadır kı, evə gəlib evdə səhərə qədər oturub alət qarşısında, not qarşısında yeni əsər, yeni opera öyrənirsən. Mənim son 3 ilimin hər günü bu minvalla, günə 4-5 saat yatmaqla keçir. Narazı da deyiləm, mən sənət fədaisiyəm. Sənətimi də çox sevirəm. Fevral ayında bizə dedilər ki, işə hər gün gəlib, işiniz olsa da, olmasa da qol çəkməlisiz. Tamaşa məşqlərim olduğu üçün demək olar ki, hər gün gəlirdim. Arada 4-5 gün teatrda işim olmayan günlərdə ailə səbəbləri ilə bağlı gəlib qol çəkə bilmədim. Buna görə qanunsuz olaraq maaşımdan tutuldu. İclas oldu, iclasda mən də, xalq artistimiz Samir Cəfərov da bildirdi ki, Yusif müəllim düz etmirsiz, kirayədə qalan, 2 körpə uşağı olan veteranın pulunu kəsmək ədalətli deyil. Dəyərli xalq artistimiz dedi ki, “siz, biz isti yorğan altında yatanda o düşmənlə döyüşürdü”.
Sağolsun Samir müəllim, ondan sonra Yusif müəllim söz verdi ki, məsələ həll olunacaq. Daha sonra isə bəlli oldu ki, Yusif müəllim deyib ki, mən Atəşə çox yaxşılıq etmişəm və ona borcum yoxdur. Mən səsimin eşidilməsi üçün sosial şəbəkələrdən və mediadan dəstək istədim. Bu barədə mətbuatda yazılar dərc olundu. Direktorumuz dərhal məni aprelin 8-də otağına çağırdı. Otaqda Ramil Qasımovla özü idi. Əllərində telefonla mənə “əyləş” dedilər. Daha sonra Yusif Eyvazov dedi ki, “sən veteransan, mən xalq artisti, sənin paylaşdığın xəbərə cavab olaraq mən də paylaşacam, otur və qulaq as”. Sonra başladı son müsahibəsindəki şəxsim barəsində məlumatları yenidən deməyə.. İndi isə mən sizə həqiqətlərdən birini deyim. Vyanada frak məsələsi belə olub. Dedi ki, “gəl sənə pul göndərək frak al”. Mən də etiraz etdim, “ehtiyac yoxdur” dedim. Bildirdim ki, sizin pulunuzla frak ala bilmərəm. Yusif Eyvazov həmin vaxtı dedi ki, “bu sənin qonorarının bir hissəsidir və bunu sizə mən deyil, Vyana Azərbaycan Mədəniyyət Evi verir”. Ondan sonra frakı almağa razılaşdım. Frakı alanda bildirdilər ki, bu Vyana Azərbaycan Mədəniyyət Evinin sizə verdiyi qonarardır. İndi bu mənə görüşdə deyir ki, “həmin frakı sənə mən öz cibimdən almışam və sən bunu bilməli idin, mənə borclusan”. Halbuki mən halal zəhmətimlə konsert oxuduğum üçün qonorar almışdım...
Keçək Qazaxıstan və sosial yardım məsələsinə.. Məni və iş yoldaşımı Qazaxıstana göndərdi və biz də qalib olduq, vətənimizin, teatrımızın adını ucaldıb gəldik. Sosial yardım isə Akif müəllimin vaxtında da verilirdi. Maddi dəstək kimi.. Mən Yusif Eyvazova dedim ki, sizin etdiyinizin qarşısında mən dəfələrlə sizin əvəzinizə orkestır məşqlərində, konsertlərdə oxumuşam və ən son Faiq Sücəddinovun Rekviemidə 2 dəfə ayrı-ayrı konsertlərində oxumuşam. Çunki siz Avropada pul qazanırdız və Bakıya gələ bilmirdiz. Mən də bunları təmənnasız sizə olan hörmətimdən etmişəm və hesab edirəm ki, sizə heç bir borcum qalmayıb. Daha sonra Yusif Eyvazov mənə dedi ki, “sən veteran deyilsən, döyüşlərdə olmamısan, sən sadəcə iştirakçısan və sənə verilən sənəddə “veteran” sözü yoxdur”... Halbuki mən ən qızğın döyüşlərdə olmuşam. Döyüş yoldaşlarım gozümün önündə şəhid olub, 12 nəfər doyüş yoldaşımı düşmən pusqusundan çıxarmışam, minamyot yağışı və snayper atəşi altında qorxmadan doyüş yoldaşlarımın dadına çatıb, onların yaralarını sarıb, qanaxmalarını kəsmişəm, həyatlarını xilas etmişəm! Doğma dayım oğlunu mən o doyüşdə şəhid vermişəm! Bu sözləri mən sizdən eşitməli idim ki?! Kaş elə mən də şəhid olaydım, ama bu cür hörmətsiziklə qarşı-qarşıya qalmazdım. Mən Yusif Eyvazova səslənərək deyirəm ki, düz deyirsiz, sizinlə razıyam, adamda vicdan yaxşı şeydir”, - deyə sənətçi bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər