Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.
Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.