Bizi sosial şəbəkələrdən izləyin:
Şirvan-Salyan Regional Təhsil İdarəsində İnzibati Təşkilat sektorunda müdir vəzifəsinə təyinat olub.
Moderator.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən Əsgərov Tofiq Akif oğlu İnzibati Təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tofiq Əsgərov Sumqayıt Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bitirib. 2008-2014-cü illərdə müəllim, 2014-2023-cü illərdə müxtəlif dövlət qurumlarında məsləhətçi vəzifələrində çalışıb. 2023-cü ilin yanvar ayından yeni təyinatadək Lənkəran-Astara RTİ-də İnzibati Təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. /unikal/