ABŞ-da nüvə laboratoriyası direktoru öldü- yadplanetlilərlə bağlı gizli fayllar aşkarlandı...-
Elm və Təhsil
342
08:34, Bu gün

ABŞ-da nüvə laboratoriyası direktoru öldü- yadplanetlilərlə bağlı gizli fayllar aşkarlandı...-"100 %-lik sübut"+VİDEO

ABŞ-ın ən gizli nüvə laboratoriyalarından birində yüksək vəzifəli kiber-təhlükəsizlik rəsmisi ölümündən sonra bir sıra sənədlər qoyub gedib ki, bu da ABŞ hökumətinin uzun müddətdir UNO-ları öyrəndiyini göstərir.
 
Moderator.az-ın "Fokus" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, aşkar edilən fayllar arasında daxili memorandumlar, elmi hesabatlar və naməlum uçan obyektlərlə əlaqəli şəkillər aşkarlanın. 
 
"Daily Mail" qəzetinin 16 apreldə verdiyi məlumata görə, onlar Los-Alamos milli laboratoriyasının ("LANL") kiber-təhlükəsizlik üzrə keçmiş rəhbərinin əşyaları arasında tapılıb.
 
Təhlükəsizlik səbəbi ilə adı gizli saxlanılan rəsminin oğlu atasının əşyalarını araşdırarkən təsadüfən "gizli anomaliyalar" etiketli fayllara rast gəlib. Daha sonra onlar araşdırmaçı jurnalist Ceremi Corbellin əlinə keçib və o, sənədlərdəki məlumatların hətta onu da şoka saldığını etiraf edib.
"Bu, ordumuz daxilində UNO-larla bağlı məxfi səviyyədə əsl elmi tədqiqatdır", - deyə o, nəşrə verdiyi şərhdə vurğulayıb.
 
Məmurun rəhbərlik etdiyi laboratoriyanın özü, əsasən Nyu-Meksikonun "nüvə üçbucağı"na yaxınlığı və 1940-cı illərin sonlarında qeydə alınan nüvə obyektlərinin yaxınlığındakı "yaşıl od topları" barədə məlumatlara görə UNO əfsanələri ilə əlaqələndirilir. "LANL" Soyuq müharibə atmosfer müşahidəsi, gizli aviasiya tədqiqatları və ələ keçirilmiş texnologiya ilə bağlı sui-qəsd nəzəriyyələri ilə əlaqələndirilir.
 
Korbell bu məlumatı qismən bu ilin may ayında yayımlanması planlaşdırılan "Sleeping Dog" -"Yatmış it" sənədli filmində açıqlayıb. Müstəntiq sənədlərdə yüksək səviyyəli hökumət iclaslarının protokolları və UNO hərəkət sistemləri ilə bağlı elmi tədqiqatların olduğunu iddia edir.
 
Filmdə Korbell Connidən (mərhum məmurun oğlu) "LANL"-dən qaynaqlandığı iddia edilən sənədlərlə dolu bir bağlama alır.
"Rusiyadakı müşahidələr haqqında da məlumat var",- Conni Korbellə deyir.
 
Müstəntiqin jurnalistlərə göstərdiyi sənədlər arasında sirli boşqab formalı uçan maşınlar, tarlalardakı dairələr və silindrik UNO-lar, şahidlərin onlarla eskizi və naməlum uçan obyektləri təsvir edən böyüdülmüş fotoşəkillər və sair olub.
Korbell bildirib ki, materialları ictimaiyyət qarşısında müzakirə etməzdən əvvəl onların həqiqiliyini yoxlamaq üçün illər sərf edib. Bu iddialar şübhəli hesab edilsə də, bu, UFO tədqiqatlarının gizliliyi ilə bağlı artan ictimai narahatlığı daha da artırıb.

Xatırladılır ki, mart ayında "Fokus" nəşri Ağ Evin Vaşinqtonun UNO məlumatlarını açıqlamasının mümkünlüyünə işarə edən xüsusi bir veb-sayt yaratdığını bildirmişdi.

Həmçinin, 17 martda "Daily Mail" nəşri keçmiş ABŞ Hərbi Hava Qüvvələri zabitinin UNO-ların ABŞ nüvə raketlərini "deaktiv etdiyini" etirafı haqda məlumat vermişdi.

S.Laçın

 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər