Çin İrana müasir radiolokasiya sistemləri verir
Dünya
147
10:55, Bu gün

Çin İrana müasir radiolokasiya sistemləri verir

ABŞ Hərb Nazirliyinin (Pentaqon) kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemlərinin tədarükünü nəzərdən keçirdiyi qənaətinə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "CBS News" vəziyyətdən xəbərdar olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
 
Məlumata görə, sözügedən texnologiya alçaqdan uçan pilotsuz uçuş aparatlarını və qanadlı raketləri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Həmin qurğular İran ordusunun hava hücumundan müdafiə qabiliyyətini də əhəmiyyətli şəkildə gücləndirə bilər.
 
Kəşfiyyatın nəticələri Vaşinqtonun narahatlığını təsdiqləyir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər