Əcnəbi tələbələri Azərbaycana gəlməkdən çəkindirən səbəblər
Elm və Təhsil
Oxunub: 417
11:50, Bu gün
Əcnəbi tələbələri Azərbaycana gəlməkdən çəkindirən səbəblər
 
2024-2025-ci tədris ili üzrə 47 əcnəbi tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Məlumata görə, 36 nəfər Çin Xalq Respublikası vətəndaşı, 5 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 4 nəfər Tacikistan Respublikası vətəndaşı, 1 nəfər Serbiya Respublikası vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.
 
Bu barədə Moderator.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, əcnəbi tələbələrin Azərbaycanda təhsil alması ölkənin beynəlxalq miqyasda nüfuzunun artırılmasına, təhsil sisteminin inkişafına və iqtisadi mühitə müsbət təsir edən amillərdən biridir:
 “Hazırda Azərbaycanda təhsil alan əcnəni tələbələrin sayı ölkədən xaricə oxumağa gedən azərbaycanlı tələbələrin sayına nisbətən çox azdır. Bu fərq müəyyən problemlərin və çətinliklərin mövcud olduğunu göstərir və təhsilə xarici tələbələrin cəlb olunması istiqamətində daha çox səy göstərilməsini zəruri edir. Azərbaycanda əcnəbi tələbələrin sayını artırmaq üçün bir neçə addım atıla bilər. İlk olaraq, ölkənin təhsil müəssisələrinin beynəlxalq səviyyədə tanıdılması və marketinq strategiyalarının genişləndirilməsi vacibdir. Əcnəbi tələbələr Azərbaycan universitetləri haqqında çox az məlumat alırlar və dünya reytinqlərində Azərbaycanın universitetlərinin tanınması o qədər də yüksək səviyyədə deyil. Buna görə də, universitetlər beynəlxalq forumlarda, sərgilərdə və təhsil yarmarkalarında fəal iştirak etməli, müxtəlif təqaüd proqramları ilə xarici tələbələrə geniş imkanlar təqdim etməlidir”.
 
Ekspert hesab edir ki, universitetlərin proqramları beynəlxalq akkreditasiya almalı və dərslərin bir hissəsi ingilis dilində tədris olunmalıdır:
 “Bu, Azərbaycanda təhsil almaq istəyən tələbələr üçün dil maneəsini aradan qaldırmağa kömək edər və onların sayını artırmağa şərait yaradar.
Əcnəbi tələbələrin Azərbaycanda təhsil almasını təşviq etmək üçün onlara müəyyən güzəştlər və dəstək proqramları təqdim olunmalıdır. Məsələn, təhsil xərclərində müəyyən endirimlər, yaşayış üçün təqaüdlər, yataqxana imkanlarının genişləndirilməsi və sosial dəstək proqramları əcnəbi tələbələrin diqqətini cəlb edə bilər. Bundan əlavə, Azərbaycana gələn tələbələr üçün mədəni adaptasiya proqramları və yerli tələbələrlə inteqrasiya imkanları təmin edilməlidir. Xarici tələbələrə nəinki təhsil sahəsində, həm də mədəni və sosial mühitdə dəstək vermək, onların burada özlərini rahat hiss etmələrinə və daha uzun müddət qalmağa meylli olmalarına şərait yaradar”.
 
Kamran Əsədovun sözlərinə görə, xaricdən gələn tələbələrin sayının az olmasının başqa səbəbləri də var. İlk növbədə, Azərbaycanın təhsil sisteminin dünya miqyasında tanınma səviyyəsi kifayət qədər yüksək deyil:
“Universitetlərin dünya reytinqlərində yer tutması və onların beynəlxalq təcrübəsi məhdud olduğundan, əcnəbi  tələbələr Azərbaycana gəlməkdən çəkinirlər. İkinci səbəb isə Azərbaycanın bəzi bölgələrində iqtisadi və sosial infrastrukturun inkişaf səviyyəsinin digər ölkələrə nisbətən daha zəif olmasıdır. Əcnəbi tələbələr, adətən, daha inkişaf etmiş ölkələrdə təhsil almağa üstünlük verirlər ki, bu da onların Azərbaycana marağını azaldır. Üçüncü bir səbəb isə bəzi hallarda vizaların alınması prosedurlarının və bürokratik çətinliklərin mövcudluğudur ki, bu da xarici tələbələrin Azərbaycana gəlməsini məhdudlaşdırır. Xaricdən gələn tələbələrin sayını artırmaq üçün Azərbaycanın təhsil sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalı və rəqabət qabiliyyətini artırmalıdır. Universitetlər özlərinin təhsil proqramlarını qlobal əmək bazarına uyğunlaşdırmalı, daha çox xarici professor və mütəxəssis dəvət etməli, innovativ təhsil metodlarına keçid etməlidirlər. Təqaüd proqramlarının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və xarici ölkələrlə təhsil müqavilələrinin bağlanması da bu istiqamətdə atıla biləcək addımlardandır. Xaricdən gələn tələbələrin cəlb olunması üçün xüsusi sosial və mədəni tədbirlər təşkil edilməli, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdıracaq layihələr həyata keçirilməlidir”.
 
Əcnəbi  tələbələrin Azərbaycanda təhsil almasının bir çox üstünlüklərini vurğulayan təhsil eksperti bildirir ki, bu, ölkənin beynəlxalq arenada tanınmasını və imicini yaxşılaşdırır:
“Əcnəbi tələbələr təhsil aldıqdan sonra Azərbaycan haqqında əldə etdikləri müsbət təcrübəni öz ölkələrində paylaşırlar, bu isə Azərbaycanın qlobal miqyasda daha çox tanınmasına və nüfuzunun artmasına səbəb olur. İkincisi, xarici tələbələr ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. Onlar təhsil haqqı ödəyir, yaşayış və digər gündəlik xərclərini ödəməklə yerli bazarın canlanmasına səbəb olurlar. Üçüncüsü, mədəni müxtəlifliyin artması təhsil sisteminə yeni ideyalar, fərqli perspektivlər gətirir ki, bu da həm yerli tələbələr, həm də müəllimlər üçün faydalıdır. Nəhayət, əcnəbi tələbələrin cəlb edilməsi Azərbaycanda təhsil və tədqiqat sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər. Əcnəbi tələbələrin Azərbaycanda təhsil almasının təhsil sisteminə gətirdiyi faydaları nəzərə alaraq, bu istiqamətdə daha geniş və məqsədyönlü tədbirlərin görülməsi vacibdir. Azərbaycan universitetləri beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün təhsilin keyfiyyətini yüksəltməli, təhsil proqramlarını modernləşdirməli və əcnəbi tələbələr üçün daha cəlbedici imkanlar yaratmalıdırlar”.
Mehin Mehmanqızı
 
Oxşar xəbərlər
14:12, Bu gün
Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"
14:07, Bu gün
Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında
14:04, Bu gün
Xatirədən Naziləyə: “Başı üçün deyil ki, xoşbəxtliyimə şərh bildirsin” - VİDEO
13:58, Bu gün
Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edildi - FOTO
13:53, Bu gün
"Hər kənd azad ediləndə hədsiz sevinirdim" - Altı güllə yarası alan qazinin döyüş yolu - VİDEO
13:47, Bu gün
Toydan sonra bal ayına getdilər
13:43, Bu gün
Yemək bişirməyən arvadını BOŞADI
13:38, Bu gün
Nikah və boşanmaların sayı azalıb
13:34, Bu gün
Ölkədə intiharlar hədsiz artıb...-Bəlkə partiyalar da toplanıb məsələni müzakirə etsin?..
13:30, Bu gün
"Rusiyanın təhdidləri NATO-nu qorxutmur, Putin istədiyinə nail ola bilməyəcək" - Mark Rütte
13:26, Bu gün
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
13:22, Bu gün
Axtarışda olan 2 nəfər ölkəsinə təhvil verildi
13:17, Bu gün
Abasovun "Neftçi"dəki maaşı bəlli oldu - MƏBLƏĞ
13:13, Bu gün
İnsanın öləcəyi vaxtı müəyyən edən saat icad edildi
13:08, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək
13:03, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
12:58, Bu gün
Hüquq müdafiəçilərindən Paşinyana cavab: Ermənistan siyasi məhbuslar, diktatura ölkəsidir - ŞƏRH
12:54, Bu gün
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
12:49, Bu gün
Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verdi
12:44, Bu gün
Yunus  Oğuz  Özbəkistanda keçiriləcək Beynəlxalq Forumda  iştirak edəcək
12:39, Bu gün
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldı
12:35, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
12:30, Bu gün
Azərbaycanın məşhur generalına AĞIR İTKİ - FOTO
12:26, Bu gün
Aktrisa Sevinc arxivini üzə çıxardı - FOTO
12:22, Bu gün
Altı BÜRC üçün son 10 ilin ən xoşbəxt dövrü başladı
12:18, Bu gün
Türkiyədən tarixi qələbə - VİDEO
12:15, Bu gün
Qripə qarşı effektiv qorunma vasitəsi AÇIQLANDI
12:15, Bu gün
COP29 Azərbaycan turizminə necə təsir edəcək?
12:10, Bu gün
Azərbaycanda ŞOK CİNAYƏT: 71 yaşlı qadının protezini oğurlayıb, ÖLDÜRDÜLƏR
12:05, Bu gün
İntoksikasiyanı azaltmaq üçün BU QİDALARI qəbul edin - FOTO
12:00, Bu gün
Sahibə Qafarova Martin Çunqonqla görüşdü - FOTO
11:55, Bu gün
Gədəbəydə vəzifəli şəxs müəllimi qaçırdı
11:50, Bu gün
Əcnəbi tələbələri Azərbaycana gəlməkdən çəkindirən səbəblər
11:42, Bu gün
İki vəkillə bağlı məhkəməyə müraciət olundu - İCLAS
11:35, Bu gün
Xəbərdarlıq nişanlarına əməl etmək niyə vacibdir? - VİDEO
11:27, Bu gün
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
11:20, Bu gün
Cəbrayılda üçrəngli bayrağımızı ilk dəfə dalğalandıran Vətən Müharibəsi Qəhrəmanı
11:10, Bu gün
ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium keçirilib - FOTO
10:59, Bu gün
Ermənistan-Rusiya: sivil boşanma, yoxsa razılaşdırılmış oyun? 
10:52, Bu gün
"Bank BTB" növbəti dəfə zərər edib, depozit portfeli 3 mln. manat azalıb
10:48, Bu gün
Bakının mərkəzində yol çökdü – FOTO
10:29, Bu gün
Azərbaycanda vəzifəli şəxs 36 yaşında öldü - FOTO
10:23, Bu gün
Haaqa Məhkəməsi siyasi sifarişlərdən uzaqdır -ŞƏRH
10:17, Bu gün
Türk Mədəniyyəti və İrsi Fondunun “Füzuli Günləri”...
10:09, Bu gün
Avropada gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır? - ARAŞDIRMA
09:58, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
09:51, Bu gün
Ermənistan ballistik raket alır: Gəncənin vurulması ssenarisi təkrarlanacaq? - FOTO
09:45, Bu gün
Bu xanımlara yüksək vəzifə verildi
09:39, Bu gün
Çin 600 minlik casus ordusu yaradıb, Qərb çarəsizdir - VSJ
09:31, Bu gün
Silinmiş WhatsApp mesajlarını necə bərpa etmək olar?
09:24, Bu gün
Ayın səthində bitki yetişdirmək mümkündürmü?- NASA AÇIQLADI 
09:17, Bu gün
Nobel mükafatı alan Daron Acemoğlu KİMDİR?
09:09, Bu gün
Rusiyanın kölgə donanması BU SƏBƏBDƏN ARTIR
08:58, Bu gün
Noyabrın 1-dən qüvvəyə minir: WhatsApp bu telefonlarda işləməyəcək
08:48, Bu gün
Nar qabığındakı möcüzə: qaynadıb içən şəfa tapır
08:40, Bu gün
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
08:30, Bu gün
İkinci ən isti payız ayı
08:27, Bu gün
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
08:24, Bu gün
"Qüds" briqadasının komandanı sağ-salamat üzə çıxdı...-İsrail mediası
08:20, Bu gün
1 kilo dəmir ağırdır, yoxsa 1 kilo pambıq?
08:11, Bu gün
Ən eqoist ÜÇ BÜRC
07:43, Bu gün
Çin 600 min nəfərdən ibarət nəhəng casus ordusu yaradıb... -"KQB"-ni ötdü...
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 23:53
Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
Balıqdan zəhərlənmənin qarşısını necə alaq?
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi
14 Oct 2024 | 23:22
Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR
14 Oct 2024 | 23:18
"Bəxt rəqibin tərəfində oldu" - Fernandu Santuş
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
14 Oct 2024 | 23:10
Dünyanın ən sağlam şirniyyatı hansdır?
14 Oct 2024 | 23:00
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
14 Oct 2024 | 22:57
Qafarova Simonyanla görüşdən son anda imtina etdi
14 Oct 2024 | 22:48
Payız-qış planı işə düşür - Bu ölkə Ukraynaya qarşı müharibəyə qoşulur
14 Oct 2024 | 22:40
Odessa limanına hücum: ölən var
14 Oct 2024 | 22:30
Qazaxıstanda “Telegram”ın ofisi açılacaq
14 Oct 2024 | 22:25
Sumqayıtda parkda kişi meyiti tapılıb
14 Oct 2024 | 22:20
Rəsmən TƏSDİQLƏNDİ - Ukrayna üçün böyük jest
14 Oct 2024 | 22:14
BMT işçilərini belə qoruya bilmir, utancvericidir - Ərdoğan
14 Oct 2024 | 22:06
"İsrailin Livanda BMT missiyasına hücumları tamamilə yolverilməzdir" - Jozep Borrel
14 Oct 2024 | 22:05
İsrail ilk dəfə xristianlar yaşayan ərazini vurdu
14 Oct 2024 | 22:00
Rusiya da, Ukrayna da yorulub – Yeni “Bişkek protokolu” gəlir
14 Oct 2024 | 21:56
"Hizbullah"ın "Mirsad-1" dronu İsrailin müdafiəsini necə yarıb?
14 Oct 2024 | 21:48
ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə”...
14 Oct 2024 | 21:33
Səfirlik boşaldıldı - Bomba təhlükəsi
14 Oct 2024 | 21:25
Gürcüstan seçimə məcbur edilir: Qərb, yoxsa Rusiya daha faydalıdır?
14 Oct 2024 | 21:20
Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq
14 Oct 2024 | 21:11
Numan Qurtulmuş Simonyanla görüşdü
14 Oct 2024 | 21:05
Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?
14 Oct 2024 | 21:00
Viktor Orban da COP29-da iştirak edəcək
14 Oct 2024 | 20:50
“Həmyerlilərimi “Gürcü arzusu”nu dəstəkləməyə çağırıram” - Zabit Səmədov
14 Oct 2024 | 20:49
"Putin 2030-cu ilədək NATO-ya hücum edə bilər" - Almaniya kəşfiyyatı
14 Oct 2024 | 20:46
Ukrayna zabitləri gecə klublarına, restoran və konsert zallarına basqın edib...
14 Oct 2024 | 20:41
Ən çox şikayət edilən banklar - "Bank Avrasiya" və "BTB Bank" liderdir
14 Oct 2024 | 20:20
III Stomatoloji Xeyriyyə konserti keçirildi
14 Oct 2024 | 20:16
"Ya Avropa, ya da qaranlıq, Rusiya-Sovet keçmişinə qayıdış..."- Zurabişvili
14 Oct 2024 | 20:10
"Zəngəzur dəhlizinə öz əsgərimiz nəzarət etsin, rus yox!" - Bakı sakinlərindən ETİRAZ - VİDEO
14 Oct 2024 | 20:05
İrana qarşı yeni sanksiya paketi elan edildi
14 Oct 2024 | 19:55
Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək YENİ FUNKSİYA
14 Oct 2024 | 19:51
Bu sıyıq hər kəs üçün faydalı deyil
GÜNLÜK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
14 Oct 2024 | 15:21
Dizellə işləyən avtomobil sahiblərini SEVİNDİRƏCƏK XƏBƏR
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 17:30
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 14:40
Aeroportun tualetindən yeni doğulmuş körpə tapıldı - FOTO
14 Oct 2024 | 18:16
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:38
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 14:45
"Rusiyanın "Orenburq-2" hərbi hava limanında "Tу-134" təyyarəsi məhv edilib" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
14 Oct 2024 | 17:44
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:17
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
AYLIQ
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
14 Oct 2024 | 15:21
Dizellə işləyən avtomobil sahiblərini SEVİNDİRƏCƏK XƏBƏR
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 17:30
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 14:40
Aeroportun tualetindən yeni doğulmuş körpə tapıldı - FOTO
14 Oct 2024 | 18:16
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:38
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 14:45
"Rusiyanın "Orenburq-2" hərbi hava limanında "Tу-134" təyyarəsi məhv edilib" - Ukrayna Baş Kəşfiyyat İdarəsi
14 Oct 2024 | 17:44
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:17
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO