Röya ilə barışan Ayaz Salayev DANIŞDI: “Məni təhqir də etsəydi qəbulum idi”- FOTO+ÖZƏL
Ekskluziv
927
21:25, Bu gün

Röya ilə barışan Ayaz Salayev DANIŞDI: “Məni təhqir də etsəydi qəbulum idi”- FOTO+ÖZƏL

“Bugünlərdə “Xarıbülbül” festivalından qayıdırdıq. Xankəndidə hava limanında Röya xanımla qarşılaşdıq. O da Bakıya qayıdırdı, mən də. Əslində mən yaxınlaşmalı idim, çünki o qadındır. Bir də gördüm ki, Röya xanım yaxınlaşıb məni qucaqladı. Heç köhnə söhbətlərdən danışmadıq. O başa düşən xanımdır. Həm də Şuşaya, Cıdır düzünə, “Xarıbülbül” festivalına gedən şəxslər necə ola bilərdi ki, küsülü olsunlar?! Mən başqalarının adından danışa bilmərəm, öz adımdan danışıram. O torpaqlara görə birləşmişik və indi də o birliyimizi nümayiş etdirməliyik”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev deyib.

O daha sonra əlavə edib:

“Mən əvvəldən demişdim ki, Röya xanım mənim haqqımda nə desə, deyəcəm ki, yaxşı edir, düz edir. Lap təhqir də etsəydi belə.. Ona hər şey olar. Mənə xoşdur və qəbuldur. Bizim aramızda böyük problem yox idi, söhbət Kann Film Festivalından gedirdi” deyə Ayaz Salayev bildirib.

Xatırladaq ki, 2025-ci ilin mayında Röyanın Kann Film Festivalında iştirakı Ayaz Salayev tərəfindən tənqid olunmuş, Röya isə ona sərt cavab vermişdi. Bundan sonra onlar arasında münasibət korlanmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər