11:22
15°C
Bakı
Yaponiyanın Takaoka şəhərindəki "Daihoji" buddist məbədində güclü yanğın qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Hadisə zamanı zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Bildirilib ki, alov qısa müddət ərzində "Daihoji" məbəd kompleksinin geniş ərazisinə yayılıb. Yanğın tarixi abidəyə aid olan bir neçə tikilini bürüyüb. Sosial media platformalarında yanğının şiddətini nümayiş etdirən videolar yayımlanıb.
Yanğının söndürülməsi istiqamətində 20-yə yaxın yanğınsöndürən heyət fəaliyyət göstərir. Xilasedicilər alovun ətrafdakı binalara sıçramasına imkan verməmək üçün hadisə yerində intensiv iş aparırlar.