İsrailin irqçi naziri İbrahim məscidində tərəfdarlarıyla birgə rəqs etdi...+VİDEO-RƏZALƏT
Ekskluziv
389
08:29, Bu gün

İsrailin irqçi naziri İbrahim məscidində tərəfdarlarıyla birgə rəqs etdi...+VİDEO-RƏZALƏT

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç işğal olunmuş Qərb Şəriyəsinin cənubundakı Xevronda (Əl-Xəlil) İbrahim məscidinin ərazisində rəqs edən minlərlə yəhudi köçkünlə  birlikdə olub.
 
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu haqda İsrailin "7-ci kanalı" məlumat yayıb. 
 
Smotriç və onun rəhbərlik etdiyi "Dini sionizm" hərəkatının minlərlə davamçısı İbrahimi məscidinin qarşısındakı meydanda Laq Ba-Omer bayramını qeyd ediblər.
 
Kadrlarda Smotriçin müsəlman ziyarətgahının yaxınlığında köçkünlərlə rəqs etdiyi görünür. 
 
Təxminən bir il əvvəl İsrail mediası Təl-Əvivin İbrahim məscidinin idarəçiliyini Fələstin Xevron bələdiyyəsindən İsrailin Kiryat Arba yaşayış məntəqəsinin dini şurasına təhvil verdiyini bildirmişdi.
 
Fələstin Xarici İşlər Nazirliyi bu addımı qətiyyətlə pisləyərək, Təl-Əvivi məscidi yəhudiləşdirməyə və onun kimliyini dəyişdirməyə davam etməkdə ittiham edib.
 
İbrahimi məscidi təxminən 400  yəhudi köçkünün yaşadığı Xevronun Köhnə şəhərində yerləşir və 1500 İsrail əsgəri tərəfindən qorunur. 
 
25 fevral 1994-cü ildə, Ramazan ayında ABŞ-dan olan Kiryat Arba qəsəbəsinin sakini Barux Qoldşteyn İbrahim məscidində qırğın törədərək 30-dan çox müsəlman ibadətçini güllələmiş və 150-dən çox insanı yaralamışdır. Ağır yaralanan məscid ibadətçisi terrorçunu yanğınsöndürənlə vuraraq mülki şəxslərin daha çox itkisinin qarşısını almışdır. Yaralı kişi də həlak olmuşdur.
 
Bundan əvvəl İsrailin 20 ildən sonra Qərb Səriyəsində qanunsuz qəsəbəni bərpa etdiyini qurduğu bildirmişdi.

 

S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər