“Qatillərə “azadlıq” tələbi sadəcə hüquqi savadsızlıqdan yox, həm də primitiv məntiqsizlikqdən xəbər verir”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildiirb. Professor qeyd edib ki, Avropa Parlamenti və bəzi qüvvələr vaxtiylə Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədən şəxslərin azad edilməsi ilə bağlı zaman-zaman bəyanatlar səsləndirir ki, bunların hamısı hüquqi və mənəvi baxımdan əsassızdır:
“19 sentyabr 2023-cü il tarixli anti-terroir əməliyyatından sonra Azərbaycan Silahlı Qüvvələri xalqımıza qarşı bir-brindən dəhşətli müharibə cinayətləri törədən, günahsız insanların qətlini həyata keçirən bir neçə erməni separatçısını ələ keçirdi. Onların hər birinin məhkəməsi Bakıda bütün dünyanın gözü önündə şəffaf şəkildə gerçəkləşdi.
Məhkəmə prosesləri zamanı həmin şəxslərin cinayətini sübut edən yüzlərlə faktlar təqdim edildi. Bu şəxslərin özləri də törətdikləri cinayətləri etiraf etdilər və həmin şəxslərə onların əməlinə uyğun şəkildə cəzalar verildi. Lakin artıq bir neçə ildir ki, bəzi qüvvələr qatillərin azadlığa buraxılmasını tələb edir, onları adi hərbi əsirlər kimi təqdim etməyə çalışırlar. Halbuki, onlar cinayətləri məhkəmə vasitəsi ilə sübuta yetirilən qatillərdir. Buna görə də həmin şəxslərə azadlıq tələbi hüququn aliliyinə arxa çevirmək, ədalətə göz yummaq deməkdir və bu cür əsassız tələblər heç vaxt dövlətimiz tərəfindən qəbul edilməyəcək, ciddiyə alınmayacaq”.
Seymur ƏLİYEV