GİTEX Aİ Qazaxıstan bu gün başlayır
Ekskluziv
314
11:07, Bu gün

GİTEX Aİ Qazaxıstan bu gün başlayır

Bu gün GITEX AI Kazakhstan 2026 sərgisi rəsmi olaraq öz işinə başlayıb. Regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri sayılan bu platforma Mərkəzi Asiya və Qafqazı qlobal innovasiya xəritəsində daha da ön plana çıxarmağı hədəfləyir.

Moderator.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev-in himayəsi ilə keçirilən sərgi dövlət, özəl sektor və startap ekosistemini bir araya gətirir. Açılış mərasimində rəqəmsal transformasiya, süni intellektin iqtisadiyyata təsiri və regionun texnoloji inkişaf perspektivləri əsas müzakirə mövzuları olub.
 
Sərgi çərçivəsində yüzlərlə beynəlxalq şirkət, startap və investor iştirak edir. Süni intellekt, “big data”, kibertəhlükəsizlik, “fintech” və “smart city” həlləri üzrə ən son texnologiyalar nümayiş olunur. Dünyaca məşhur texnologiya brendləri ilə yanaşı, yerli innovativ layihələr də investorların diqqətini cəlb etməyə çalışır.
 
Tədbirin əsas məqsədlərindən biri Mərkəzi Asiya regionunda texnoloji əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və startaplar üçün investisiya imkanlarını artırmaqdır. Panel müzakirələrdə çıxış edən ekspertlər qeyd ediblər ki, süni intellekt yaxın illərdə region iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək.
 
Moderator.az olaraq sərgi müddətində eksklüziv reportajlar, müsahibələr və video materiallar təqdim olunacaq. Oxucularımız tədbirdə baş verən ən önəmli yeniliklər, imzalanan razılaşmalar və texnoloji trendlərlə bağlı operativ məlumatları saytımız vasitəsilə izləyə biləcəklər.
 
Qeyd edək ki, GITEX Global brendi altında keçirilən bu tip sərgilər dünya üzrə innovasiya və texnologiya sahəsində mühüm platforma hesab olunur və Qazaxıstanda təşkil edilən tədbir region üçün yeni imkanlar açır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər