Ekskluziv
678
08:44, Bu gün

"Heyif ki, ölmədi..."- Trampa son "sui-qəsd"lə bağlı bu fikri ifadə edən müəllimə işdən çıxarıldı...-"Fox News"

ABŞ-ın Ohayo ştatından olan bir müəllimə sosial mediada 26 apreldə Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən atışma ilə bağlı şərh verdiyi bir video paylaşıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Fox News"  məlumat yayıb.
 
Məumata görə, "TikTok"-da paylaşılan görüntülərdə qadın ABŞ prezidenti Donald Trampın hücumda xəsarət almamasından məyus olduğunu bildirib.
 
"Aman Allahım, burada bir neçə nəfər cümə və ya dünənin o gün ola biləcəyini deyirdi, sonra oyanıb bu xəbəri eşidirəm, amma bu o xəbər deyil. Əslində bizi nədən yayındırmağa çalışdıqlarına çox diqqətli olmalıyıq", - deyə qadın video-çarxda bildirib.
 
Məlum olur ki, video Sinsinnatidəki məktəbəqədər təhsil və uşaq baxımı müəssisəsi olan "BrightPath" məktəbinin müəllimi olan Korrin Baum tərəfindən paylaşılıb. Qadın birbaşa heç bir "qanunsuz" fakt söyləməsə də və ya Trampın sağ-salamat qalması ilə bağlı açıq şəkildə qəzəb ifadə etməsə də, görüntülər tez bir zamanda ictimaiyyətin diqqətini cəlb edib.
 
Müəllimənin işlədiyi müəssisəsinin nümayəndəsi bazar ertəsi günü açıqlama verərək, Korrinin videonun dərc olunmasından sonra işdən çıxarıldığını bildirib.
 
"Bu şəxsin internetdə paylaşdığı şərhlər bizim dəyərlərimizə qəti şəkildə ziddir. Bu şəxs işdən çıxarılıb", - deyə "BrightPath" sözçüsü açıqlamasında diqqətə çatdırıb.
 
Müxbirlər daha sonra Baumla əlaqə saxlamağa çalışsalar da, heç bir cavab ala bilməyiblər.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər