Ekskluziv
298
21:18, Bu gün

"ABŞ-də müəmmalı itkilər: alimlərin yoxa çıxması Vaşinqtonu narahat edir" - "Fox News"

"Tramp administrasiyası hadisələrin araşdırıla biləcəyini bildirir..."
 
Donald Tramp ABŞ-da son illərdə kosmik, nüvə proqramları və UNO (uçan naməlum obyektlər) ilə əlaqəli alimlərin ardıcıl ölümü və yoxa çıxması ciddi narahatlıq doğurub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" yazıb.
 
Şübhəli ölümlər və yoxa çıxmalar dalğası
 
Məlumatına görə, ən azı 10-11 belə hadisə qeydə alınıb və bu hallar xüsusilə 2022-ci ildən sonra artmağa başlayıb. Ağ Ev bu məlumatların təsdiqlənəcəyi təqdirdə rəsmi araşdırmanın mümkün olduğunu açıqlayıb.
 
Tramp isə vəziyyəti şərh edərkən bildirib ki, "bütün bunlar həqiqətən qeyri-adi görünür". Söhbət əsasən kosmik tədqiqatlar, nüvə texnologiyaları və ya məxfi məlumatlara çıxışı olan mütəxəssislərdən gedir. Onların bir hissəsi həm də UNO mövzusu ilə bağlı araşdırmalar aparıb.
 
Konret hallar və artan şübhələr
 
Hadisələr arasında diqqət çəkən nümunələr var. Məsələn, gənc tədqiqatçı Emi Eskridc "antiqravitasiya" üzərində işləyib və rəsmi olaraq onun ölümü intihar kimi göstərilsə də, o, bundan əvvəl təzyiqlər və təhdidlər aldığını bildirib. NASA ilə bağlı bir neçə mühəndisin və alimlərin ölümü və ya yoxa çıxması isə ümumilikdə şübhələri daha da artırıb.
 
Xüsusilə 2025-2026-cı illərdə bir neçə mühüm hadisə baş verib: kosmik materiallar üzərində çalışan mühəndis Monika Reza yürüş zamanı yoxa çıxıb, nüvə laboratoriyasında işləyən digər əməkdaşlar izsiz itib, astrofizik Karl Qrilmayr isə rəsmi olaraq qətl nəticəsində həyatını itirib.
 
Bundan başqa, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Uilyam MakKasland da müəmmalı şəkildə yoxa çıxanlar sırasındadır. Bu hadisələrin bəzisi üzrə araşdırmalar davam edir, bəzilərinə isə rəsmi izah verilib. Lakin onların ümumi mənzərəsi həm cəmiyyətdə, həm də hakimiyyət dairələrində ciddi suallar doğurur.
 
Rəsmi reaksiya və mümkün araşdırma
 
Tramp bu məsələ ilə bağlı artıq Ağ Evdə müşavirə keçirdiyini və yaxın zamanda daha konkret cavabların veriləcəyini vəd edib. ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsi də öz laboratoriyalarında çalışan əməkdaşlarla bağlı bu hadisələrdən xəbərdar olduğunu və yoxlamalara başladığını təsdiqləyib.
 
Hazırda bütün bu hadisələr arasında birbaşa əlaqənin olub-olmaması sübut edilməyib. Buna baxmayaraq, mövzu artıq federal səviyyədə müzakirə olunur və həm təhlükəsizlik, həm də məxfi proqramların qorunması baxımından diqqət mərkəzindədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər