23:28
13°C
Bakı
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük planlarını dəstəklədiyini, lakin ölkənin hazırkı mərhələdə buna tam hazır olmadığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Robert Fitso “Facebook” platformasında yayımlanan videomüraciətində danışıb.
Fitso bildirib ki, Ukrayna hazırda Aİ-yə üzvlük üçün tələb olunan bütün şərtləri yerinə yetirmir və namizəd ölkələr üçün nəzərdə tutulan tələblərə uyğunlaşmalıdır.
O həmçinin bir daha Ukraynada mümkün qədər tez atəşkəsin əldə olunmasının tərəfdarı olduğunu vurğulayıb. Fitso qeyd edib ki, sülh sazişi Ukraynanın da qəbul edə biləcəyi şərtlər əsasında bağlanmalıdır.