Tanınmış aparıcı:
Ekskluziv
1203
08:08, Bu gün

Tanınmış aparıcı: "İnşallah ki, daha haqsızlıq etməz, haqqımı halal etməmişdim" - FOTO+ÖZƏL

Vado Korovinin Speys kanalının direktoru vəzifəsindən uzaqlaşdırılması vaxtilə sözügedən kanalda çalışan bir neçə məşhuru dilə gətirib. Bu məşhurlardan biri də kanalın keçmiş əməkdaşı, teleaparıcı Aytən Leylaqızıdır. O da digər həmkarları kimi Vado Korovinin işdən çıxarılmasına instaqram səhifəsində öz mövqeyini bildirib. O səhifəsində "İnşallah ki, getdiyi yeni bir işdə bir daha haqsızlıq edib, kiminsə çörəyinə bais olmaz" deyə paylaşım edib.
 
Moderator.az olaraq mövzu ilə bağlı aparıcıya zəng edib, daha ətraflı məlumat almaq istədik.
Aparıcının bizə cavabı qısa oldu:
 
"Vaxtilə verilişimin vaxtını dəyişdi, daha sonra isə bu da azmış kimi verilişimi bağlatdırdı. Bilirdim ki, bu haqsızlığın bir sonu olacaq. Ümid edirəm bir daha heç kimə haqsızlıq etməz".
 
Qeyd edək ki, Aytən Leylaqızı bir müddət əvvəl mətbuata açıqlamasında Vado Korovinin onun çörəyinə bais olması haqda danışaraq bunları bildirmişdi:
““Space” kanalının rəhbəri Vado Korovin məni qəbul edəndə dedi ki, Aytən xanım verilişi bağlayıram, mənə maqazin verilişi lazım deyil! Bəs nə oldu? Verilişi bağlayırdınız?! Yeni mövsümdən verilişin adını dəyişib başqa bir aparıcıya həvalə etdiniz! “Space maqazin” adını “Space star”-a dəyişdilər! Həm də deyirdilər ki, veriliş reytinq vermir! Uşağım kimi böyüdüb, hamıya sevdirdiyim verilişimi əlimdən aldınız. Bağlansaydı deyərdim ki, normal haldır. Hazıra-nazir gəldiniz! Ədalətli Allah bunu belə qoyacaq? Əlbəttə ki, yox. Sadəcə zamanı var. Heç birinizə haqqımı halal etmirəm".
 
Məşhur həmçinin Speys kanalının həyətinə də 6 minlik xərc çəkdiyini, habelə həyəti işıqlandırdığını, gül əkdirdiyini bildirmişdi..
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər