Ölkədə intiharlar hədsiz artıb...-Bəlkə partiyalar da toplanıb məsələni müzakirə etsin?..
Ekskluziv
Oxunub: 468
13:34, Bu gün
Ölkədə intiharlar hədsiz artıb...-Bəlkə partiyalar da toplanıb məsələni müzakirə etsin?..
“Müxtəlif partiya nümayəndələrinin bir yerə toplanıb bu problemin həlli yollarını müzakirə etməsi nəzəri cəhətdən mümkündür. Amma, təəssüf ki, ölkəmizdə siyasi partiyalar hazırda o vəziyyətdədir ki, praktiki baxımdan onların bir yerə toplanması, nələrisə müzakirə etməsi baş tutmur. Sanki hər bir partiya ətrafdan təcrid olunmuş şəkildə avtonom olaraq fəaliyyət göstərir...”
 
“Və hesab edirəm ki, cəmiyyətdə xalqın taleyi üçün hansısa təhlükə doğuran ciddi məsələlərin müzakirəsinə təşəbbüs parlamentdə təmsil olunan partiyalar tərəfindən olmalıdır. Çünki həmin partiya nümayəndələrinin artıq parlament üzvü kimi bir statusu var, ictimai rəyə təsir etmə imkanları var...”
 
“Vaxtilə biz Qarabağ Azadlıq Təşkilatı(QAT) kimi fəaliyyət göstərəndə Qarabağla və bəzən də digər ciddi məsələlərlə bağlı cəmiyyətin müxtəlif qütblərini bir araya toplamağa çox çalışırdıq. Və müəyyən nəticələr də olurdu; birgə konfranslar, dəyirmi masalar, hətta mitinqlər təşkil olunurdu. Bu gün də cəmiyyətin bu və ya digər vacib məsələləri ilə bağlı bir yerdə müzakirələrə, çıxışlara böyük ehtiyac var...”
 
Son vaxtlar Azərbaycanda intiharların sayı hədsiz dərəcədə artıb. Özü də əhalinin bütün təbəqələri arasında: uşaqlar, yeniyetmələr, məktəblilər, tələbələr, yaşlılar, fəhlələr, müəllimlər, həkimlər, hərbçilər, qazilər, polislər, hakimlər,  məmurlar və s.  44 günlük Vətən savaşından bəri 100-ə yaxın qazi intihar edib. Bu günlərdə ardıcıl bir neçə müəllim intihar etdi... Sanki intihar getdikcə “dəbə” düşür və adiləşir. Təəssüf ki, cəmiyyət, müvafiq qurumlar xalqımızın genefondu üçün bu ağrılı, təhlükəli problemə ciddi reaksiya vermir. Hazırda, şükür Allaha, ərazi bütövlüyümüz təmin olunub, parlament seçkiləri keçirilib... Və bu gün ölkə vətəndaşlarını narahat edən əsasən sosial problemlərdir. İntiharların özü də artıq sosial problemə çevrilib və onların xeyli hissəsi məhz işsizlik, yoxsulluq, evsizlik, müalicə üçün pul əldə edə bilməmək və s. amillərdən qaynaqlanır.  Bəlkə belə bir şəraitdə artıq üzərlərində elə bir ciddi vəzifə, yük olmayan siyasi partiyalar da bu məsələyə qarışaraq  toplanıb bir müzakirə aparalar, parlamentə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Təhsil Nazirliyinə, digər müvafiq dövlət, hökumət qurumlarına intiharların profilaktikası üçün ciddi tədbirlər görülməsi, ölkədə psixoloji xidmətin gücləndirilməsindən ötrü və müraciət edələr?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:
 
“Bəli, intiharların kəskin şəkildə artması cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir. Və belə halların artması səbəbləri də çoxdur. Burada psixoloji məqamlar da var,  həmçinin sosial problemlərlə bağlı amil də xeyli rol oynayır. Yəni insanların gündəlik üzləşdiyi problemlərin intiharların artmasına təsiri böyükdür. Sosial şəbəkələrdə müəyyən ruhi-psixoloji cəhətdən çox zərərli təbliğatlar aparan qrupların da rolu xeylidir.  Həmin qruplar həyatdan küskün, problemli insanları daha da bədbinləşdirir, onlara çıxış yolunun yalnız intiharda olduğunu diqtə edir.  Və s. və i.a.
 
Bütün hallarda cəmiyyət intiharların qarşısını, nə qədər mümkündürsə, almaq üçün addımlar atmalıdır. Bilmirəm, bəlkə cəmiyyətdə dövlət səviyyəsində hansısa işlər görülür. Amma bu, real şəkildə görünmür və müşahidə olunmur. Sizin dediyiniz kimi, vətəndaş cəmiyyəti institutları və siyasi partiyalar bu məsələ ilə bağlı düşünməlidirlər. Müxtəlif partiya nümayəndələrinin bir yerə toplanıb bu problemin həlli yollarını müzakirə etməsi nəzəri cəhətdən mümkündür. Ancaq, təəssüf ki, ölkəmizdə siyasi partiyalar hazırda o vəziyyətdədir ki, praktiki baxımdan onların bir yerə toplanması, nələrisə müzakirə etməsi baş tutmur. Sanki hər bir partiya ətrafdan təcrid olunmuş şəkildə avtonom olaraq fəaliyyət göstərir...
 
Vaxtilə biz Qarabağ Azadlıq Təşkilatı(QAT) kimi fəaliyyət göstərəndə Qarabağla və bəzən də digər ciddi məsələlərlə bağlı cəmiyyətin müxtəlif qütblərini bir araya toplamağa çox çalışırdıq. Və müəyyən nəticələr də olurdu; birgə konfranslar, dəyirmi masalar, hətta mitinqlər təşkil olunurdu. Bu gün də cəmiyyətin bu və ya digər vacib məsələləri ilə bağlı bir yerdə müzakirələrə, çıxışlara böyük ehtiyac var. Birlikdə müzakirə aparıb hansısa bir optimal nəticəyə gəlmək, dövlət qurumları, dövlət başçısı, parlament və s. qarşısında təkliflərlə çıxış etmək vacibdir... 
 
Partiyaların işi yalnız o deyil ki, vaxtaşırı hansısa seçkilərdə iştirak etsinlər. Cəmiyyətdə baş verən hansısa proseslərə partiyalar da vətəndaş institutları olaraq, ölkənin idarə olunmasında iştirak edən qurumlar olaraq partiyalar da məsuliyyət daşıyırlar. Və onlar da öz məsuliyyətlərini dərk edərək müəyyən addımlar atmalıdırlar. Və hesab edirəm ki, cəmiyyətdə xalqın taleyi üçün hansısa təhlükə doğuran ciddi məsələlərin müzakirəsinə təşəbbüs parlamentdə təmsil olunan partiyalar tərəfindən olmalıdır. Çünki həmin partiya nümayəndələrinin artıq parlament üzvü kimi bir statusu var, ictimai rəyə təsir etmə imkanları var. Parlamentdə ciddi tribunaları mövcuddur. Və əgər belə təşəbbüslər parlament partiyalarından gələrsə, digər partiyalar, o cümlədən bizim Azad Vətən Partiyası da bu məsələyə həvəslə qoşular...  
 
Yenə də deyirəm ki, partiyamız QAT-ın bazasında yaradılıb və biz  öz fəaliyyətimizə eyni zamanda həmin təşkilatın fəaliyyətinin davamı kimi baxırıq. Və o dövrdə bizim müxtəlif təşəbbüslərimiz həmişə ortada olub. Bəzən kimlərsə bizi başa düşmürdülər. Etiraz edənlər də vardı ki, niyə bizi məhz QAT bir araya yığır. Lakin əksəriyyət o təşəbbüslərin mahiyyətini düzgün başa düşürdü və həvəslə qatılırdı. Bir çox hallarda biz iqtidarlı-müxalifətli əksər siyasi qüvvələri bir araya gətirirdik. Sonuncu dəfə 2018-ci ildə QAT-ın təşəbbüsü ilə  Qarabağın azad edilməsi ilə bağlı mitinq keçiriləndə hakim Yeni Azərbaycan Partiyası da o tədbirə müsbət yanaşdı. Həmin partiya rəhbərliyinin nümayəndələri mətbuatda çıxış edərək Qarabağ məsələsində iqtidarlı-müxalifətli bütün qüvvələrin birliyinin  vacibliyi təşəbbüsünün doğru olduğunu vurğuladılar. Və nəticədə YAP-ın tanınmış üzvləri də QAT-ın təşkil etdiyi Qarabağ mitinqində içtirak etdilər... 
 
Bu gün də cəmiyyətdə intiharların artması çox vacib, hər kəsi düşündürən bir məsələdir. Bu təhlükə, bu faciə istənilən ailənin qapısını döyə bilər. Odur ki, indi bu haqda hər kəs düşünməli, birgə tədbirlər görməlidir ki, sabah, Allah eləməsin, bu faciə kiminsə öz qapısını döyəndə başını tutmasın. Onu da deyim ki, intiharlar hazırda bütün dünya, planet üzrə artan, təhlükəli bir prosesə çevrilib. Və dediyim kimi, ilk növbədə psixoloji problemləriylə bağlıdır. Ona görə də öncə psixoloq xidmətinə diqqət və tələblər artırılmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində bu məsələ diqqətdə saxlanılır və istənilən müəssisə və idarədə psixoloqlar aparıcı mövqelərdədirlər və kadrların təyin olunmasında və işlərinin dəyərləndirilməsində onların böyük rolu olur. Eyni zamanda psixoloqlarla bağlı ayrı-ayrı strukturlar da yaradılıb ki, onların da öz ofisləri, lazımi resursları var ki, ayrı-ayrı vətəndaşlara, eləcə də psixoloq xidmətləri olan idarə və müəssisələrə əlavə psixoloji yardım gərək olanda onların da xidmətindən istifadə edilir. Amma hesab edirəm ki, biz də müvafiq qurumlar uzun illər psixoloji xidmətə laqeyd, barmaqarası yanaşdığından bu məsələ hələ də zəif təşkil olunub. Fəqət bu işə çox ciddi yanaşılmalı, dövlət səviyyəsində xüsusi proqram qəbul olunmalıdır və bütün Azərbaycan ərazisində idarələrdə, hərbi hissələrdə, təhsil müəssisələrində - hər yerdə, hər yerdə psixoloqların iştirakı, onların cəmiyyətdəki rolu təmin olunmalıdır. Bu, çox vacib məsələdir...”
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
16:06, Bu gün
Bakıda küçədə əl qumbarası və avtomat aşkarlandı - FOTO/VİDEO
16:01, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sabahdan...
15:56, Bu gün
Damla: “Yazmışdılar ki, nəyə oxşayırsan” - FOTO
15:51, Bu gün
Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO
15:45, Bu gün
Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:40, Bu gün
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi keçirilib - FOTO
15:35, Bu gün
"Mən Putinin gözlərindən Ukraynaya hərbi müdaxilə edəcəyini sezmişdim" - Donald Tramp
15:30, Bu gün
"Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib? - VİDEO
15:25, Bu gün
Mürsəl İbrahimov yeni rəis TƏYİN ETDİ
15:20, Bu gün
Kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
15:15, Bu gün
Əli Əsədov rusiyalı həmkarı ilə görüşdü
15:14, Bu gün
ARB-nin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı müsabiqədə qalib oldu (VİDEO)
15:10, Bu gün
BP-də azərbaycanlıya yüksək vəzifə verildi
15:05, Bu gün
GDU-nun "ÜTF və Texnologiya" kafedrasının müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu
15:05, Bu gün
Doğuşdan Xoşqədəmə: "10 il buna necə dözmüşəm?" - VİDEO
15:00, Bu gün
Bakıda yeni parklanma məntəqələri yaradıldı
14:57, Bu gün
Magistral yolun 26 km-lik hissəsi yenidən quruldu - VİDEO
14:55, Bu gün
Bakıda “Su və gender bərabərliyi” mövzusunda konfrans keçiriləcək
14:52, Bu gün
Şahin Mustafayev iranlı nazirlə görüşdü
14:48, Bu gün
Universitet müəlliminə qarşı quldurluq edən şəxsin hökmü oxundu - FOTO
14:47, Bu gün
“Ermənistanı silahlandıran hər bir dövlət onunla birlikdə məsuliyyət daşıyır”
14:43, Bu gün
Vüsalə: “Toya girmədən əvvəl həmin şəxsin kartına pul atdım” - VİDEO
14:39, Bu gün
Dollar 2025-ci ildə BAHALAŞACAQ?
14:36, Bu gün
Neftin qiymətinin kəskin düşməsində İsrailin də əli var...-"Reuters"
14:36, Bu gün
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14:34, Bu gün
Gənc oğlan gecə rus qızının evinə getdi, içkidən sora tələb etdi ki... – TƏFƏRRÜAT
14:28, Bu gün
Abbas Əraqçi Şahin Mustafayevi qəbul etdi
14:23, Bu gün
Rusiya Nikolayevə raket zərbəsi endirdi - Həlak olan və yaralananlar var
14:21, Bu gün
Psixoloqdan 10 qızıl qayda - Bunlar həyatınızı dəyişəcək
14:17, Bu gün
“Quduzluq xəstəliyinə qarşı vəhşi təbiət helikopterlər vasitəsilə peyvənd olunur” - ÖZƏL + FOTO
14:12, Bu gün
Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"
14:07, Bu gün
Şəhidin həyat yoldaşını öldürən şəxs yenidən hakim qarşısında
14:04, Bu gün
Xatirədən Naziləyə: “Başı üçün deyil ki, xoşbəxtliyimə şərh bildirsin” - VİDEO
13:58, Bu gün
Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edildi - FOTO
13:53, Bu gün
"Hər kənd azad ediləndə hədsiz sevinirdim" - Altı güllə yarası alan qazinin döyüş yolu - VİDEO
13:47, Bu gün
Toydan sonra bal ayına getdilər
13:43, Bu gün
Yemək bişirməyən arvadını BOŞADI
13:38, Bu gün
Nikah və boşanmaların sayı azalıb
13:34, Bu gün
Ölkədə intiharlar hədsiz artıb...-Bəlkə partiyalar da toplanıb məsələni müzakirə etsin?..
13:30, Bu gün
"Rusiyanın təhdidləri NATO-nu qorxutmur, Putin istədiyinə nail ola bilməyəcək" - Mark Rütte
13:26, Bu gün
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
13:22, Bu gün
Axtarışda olan 2 nəfər ölkəsinə təhvil verildi
13:17, Bu gün
Abasovun "Neftçi"dəki maaşı bəlli oldu - MƏBLƏĞ
13:13, Bu gün
İnsanın öləcəyi vaxtı müəyyən edən saat icad edildi
13:08, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək
13:03, Bu gün
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
12:58, Bu gün
Hüquq müdafiəçilərindən Paşinyana cavab: Ermənistan siyasi məhbuslar, diktatura ölkəsidir - ŞƏRH
12:54, Bu gün
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
12:49, Bu gün
Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmlərdən kassasiya protestləri verdi
12:44, Bu gün
Yunus  Oğuz  Özbəkistanda keçiriləcək Beynəlxalq Forumda  iştirak edəcək
12:39, Bu gün
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldı
12:35, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
12:30, Bu gün
Azərbaycanın məşhur generalına AĞIR İTKİ - FOTO
12:26, Bu gün
Aktrisa Sevinc arxivini üzə çıxardı - FOTO
12:22, Bu gün
Altı BÜRC üçün son 10 ilin ən xoşbəxt dövrü başladı
12:18, Bu gün
Türkiyədən tarixi qələbə - VİDEO
12:15, Bu gün
Qripə qarşı effektiv qorunma vasitəsi AÇIQLANDI
12:15, Bu gün
COP29 Azərbaycan turizminə necə təsir edəcək?
12:10, Bu gün
Azərbaycanda ŞOK CİNAYƏT: 71 yaşlı qadının protezini oğurlayıb, ÖLDÜRDÜLƏR
12:05, Bu gün
İntoksikasiyanı azaltmaq üçün BU QİDALARI qəbul edin - FOTO
12:00, Bu gün
Sahibə Qafarova Martin Çunqonqla görüşdü - FOTO
11:55, Bu gün
Gədəbəydə vəzifəli şəxs müəllimi qaçırdı
11:50, Bu gün
Əcnəbi tələbələri Azərbaycana gəlməkdən çəkindirən səbəblər
11:42, Bu gün
İki vəkillə bağlı məhkəməyə müraciət olundu - İCLAS
11:35, Bu gün
Xəbərdarlıq nişanlarına əməl etmək niyə vacibdir? - VİDEO
11:27, Bu gün
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
11:20, Bu gün
Cəbrayılda üçrəngli bayrağımızı ilk dəfə dalğalandıran Vətən Müharibəsi Qəhrəmanı
11:10, Bu gün
ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium keçirilib - FOTO
10:59, Bu gün
Ermənistan-Rusiya: sivil boşanma, yoxsa razılaşdırılmış oyun? 
10:52, Bu gün
"Bank BTB" növbəti dəfə zərər edib, depozit portfeli 3 mln. manat azalıb
10:48, Bu gün
Bakının mərkəzində yol çökdü – FOTO
10:29, Bu gün
Azərbaycanda vəzifəli şəxs 36 yaşında öldü - FOTO
10:23, Bu gün
Haaqa Məhkəməsi siyasi sifarişlərdən uzaqdır -ŞƏRH
10:17, Bu gün
Türk Mədəniyyəti və İrsi Fondunun “Füzuli Günləri”...
10:09, Bu gün
Avropada gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır? - ARAŞDIRMA
09:58, Bu gün
Azərbaycan nefti ucuzlaşdı
09:51, Bu gün
Ermənistan ballistik raket alır: Gəncənin vurulması ssenarisi təkrarlanacaq? - FOTO
09:45, Bu gün
Bu xanımlara yüksək vəzifə verildi
09:39, Bu gün
Çin 600 minlik casus ordusu yaradıb, Qərb çarəsizdir - VSJ
09:31, Bu gün
Silinmiş WhatsApp mesajlarını necə bərpa etmək olar?
09:24, Bu gün
Ayın səthində bitki yetişdirmək mümkündürmü?- NASA AÇIQLADI 
09:17, Bu gün
Nobel mükafatı alan Daron Acemoğlu KİMDİR?
09:09, Bu gün
Rusiyanın kölgə donanması BU SƏBƏBDƏN ARTIR
08:58, Bu gün
Noyabrın 1-dən qüvvəyə minir: WhatsApp bu telefonlarda işləməyəcək
08:48, Bu gün
Nar qabığındakı möcüzə: qaynadıb içən şəfa tapır
08:40, Bu gün
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
08:30, Bu gün
İkinci ən isti payız ayı
08:27, Bu gün
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
08:24, Bu gün
"Qüds" briqadasının komandanı sağ-salamat üzə çıxdı...-İsrail mediası
08:20, Bu gün
1 kilo dəmir ağırdır, yoxsa 1 kilo pambıq?
08:11, Bu gün
Ən eqoist ÜÇ BÜRC
07:43, Bu gün
Çin 600 min nəfərdən ibarət nəhəng casus ordusu yaradıb... -"KQB"-ni ötdü...
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 23:53
Azərbaycanda məşhur taksi xidməti külli miqdarda CƏRİMƏLƏNDİ
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
Balıqdan zəhərlənmənin qarşısını necə alaq?
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi
14 Oct 2024 | 23:22
Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR
14 Oct 2024 | 23:18
"Bəxt rəqibin tərəfində oldu" - Fernandu Santuş
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
GÜNLÜK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 17:30
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 18:16
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:38
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:44
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:17
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
AYLIQ
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
00:35, Bu gün
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
14 Oct 2024 | 17:30
İlham Əliyev Belçikanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 18:16
İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:38
Prezident Qətərin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:44
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 17:17
İlham Əliyev Beninin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
14 Oct 2024 | 23:15
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI-YENİLƏNDİ- Video
14 Oct 2024 | 23:49
"Xaqani" bağında ÖZBAŞINALIQ
14 Oct 2024 | 23:30
"Putinin antisemitizmi haradan qaynaqlanır? " - ekspert rəyi