ABŞ 2028-ci ilə qədər öz raket arsenalını, eləcə də hava hücuundan müdafiə sistemlərini yeniləyəcək və genişləndirəcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda ABŞ səması əsasən Alyaska və Kaliforniyadakı raket sistemləri ilə qorunur. Lakin bir qisim hərbi ekspert hesab edir ki, ölkənin müdafiəsini gücləndirmək üçün üçüncü raket mərkəzinə ehtiyac var. Hansı ki, belə bir sahənin tikintisi və zəruri avadanlıqların alınması 5 milyard dollara başa gələcək. Yeni raket sistemlərinin tətbiqi, köhnə müdafiə sistemlərinin daha müasir sistemlərlə əvəzlənməsi, sınaq uçuşları və s. də böyük vəsaitlər hesabına başa gələcək.
Mütəxəssislər və bəzi senatorlar hesab edir ki, hava hücumundan müdafiə qüvvələrinin yenilənməsi ölkənin mümkün raket hücumlarından daha etibarlı müdafiəsini təmin edəcək, lazım gələndə ABŞ səmasında raketdən “divar hörməyə”, onu tamamilə keçilməz etməyə imkan verəcək.
Seymur ƏLİYEV