“Mən daxili işlər orqanlarını ermənilərə tapşırmışam...”
Ekskluziv
Oxunub: 2289
10 Aug 2024 | 18:52
“Mən daxili işlər orqanlarını ermənilərə tapşırmışam...”
“Bundan sonra təhqiqat işləri başlandı və M.Bağırov, X.Qriqoryan və bir neçəsinə güllələnmə cəzası  verildi, digərləri də uzunmüddətli həbs cəzasına layiq görüldülər...”

Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri  SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
 
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin(sabiq deputat və ictimai xadim Maksim Musayevin atası) 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən  məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

(Əvvəli burada: )

Markaryan bundan başqa azərbaycanlılar haqda çox nalayiq sözlər də işlətdi... Buna dözə bilməyib pərt halda məni dəvət edən katibdən getməm barədə izn istədim... Bu erməni katib isə məni sakitləşdirmək üçün tez mənim sağlığıma badə qaldırdı. Əlbəttə, Markaryan bilmirdi ki, bu mərəkədə azərbaycanlı da iştirak edir.  Markaryan mənim iş yerimi, familiyamı soruşub özünün erməni ikiüzlülüyünü işə salaraq dedi: “Elə mən bu yoldaş Musayevi tapıb tanış olacaqdım.  Mən bunun haqqında çox yaxşı sözlər eşitmişdim. Bağırov məni bu müşavirəyə göndərən zaman Musayev adlı bir katib haqqında çox müsbət sözlər dedi...”
 
Hörmətli oxucu, erməni hiyləsini, iküzlü, yaltaq olmasını elə burada da görmək olar. Həmin vaxt mən cavan oğlan idim. Yenicə katıb işləyirdim və Bağırov nə mənim işlədiyim rayonu, nə də mənim özümü yaxından tanımır, bilmirdi. Ancaq bu erməni məni bir dəqiqədə Bağırovun “sağ əli” etdi...
Yuxarıdakı qeydlər az da olsa, təsəvvür yaradır ki, ermənilər uzun illər Azərbaycan hüquq-mühafizə orqanlarını zəbt edib cinayətkarlarla, “müsavatist”lərlə mübarizə adı altında neçə-neçə azərbaycanlını günahasız yerə məhv etmişlər. Bunu hətta Bağırov özü də məhkəməsində etiraf edərək demişdi ki, mən daxili işlər orqanlarını azərbaycanlılara əziyyət vermək üçün fürsət, imkan axtaran bunun üçün hazır, səfərbər olan ermənilərə tapşırmışam, onlar da bacardıqları qədər Azərbaycan oğulllarının qaymaq hissəsini qırmışlar, ona görə də məni güllələmək azdır, məni 4 yerə şaqqalasanız, yenə azdır...
 
“Qaymaq” sözü Xoren Qriqoryanın xalasına yazdığı məktubdan götürülmüşdü. O  yazıbmış ki, xala, heç fikirləşib dərd çəkməyin, azərbaycanlılar nə qədər sadə iş sahibləri olan erməniləri öldürmüşlərsə,  mən onun iki əvəzi azərbaycanlıların qaymaq hissəsini qırdırmışam...
 
Vaxt, zaman dəyişdi. Öz tabelyində olan vətəndaşların məhvini özü planlaşdıran İosif Stalin öldü. Onun sağ qolu olan Lavrenti Beriyanın rolu nisbtən azaldı. Amma bununla belə, o, bir neçə ermənini öz ətrafında sıx birləşdirib dövlət çevrilişi etmək üçün tədbirlər gördü. Bunu bilən Xruşşov Beriya və ətarfındakı erməniləri həbs etdirdi...
 
Məlum oldu ki, Stalinin tapşırığı və Beriyanın bilavasitə rəhbərliyi, göstərişi ilə daxili işlər orqanlarındakı (DİO) işçilər, nə qədər rəhbər partiya, sovet kadrını günahsız yerə həbs edib, güllələdib, sürgün etmişlər.  Bütün bunlarla əlaqədar SSRİ-nin hər yerində, o cümlədən mənim işləməkdə olduğum Ermənistanda da 1953-cü il iyulun əvvllərində geniş partiya fəalları iclasları keçirildi. Burada Moskvadan da nümayəndə iştirak edirdi. İclasda mən çox kəskin çıxış edib X.Qriqoryan və Markaryanın öz ağızlarından eşitdiklərimi, X.Qriqoryanın şəxsən mənim özümə qarşı etdiyi xain hərəkətləri, hətta terror yoluyla məni aradan götürmək cəhdi haqda danışdım...
Azərbaycanda X.Qriqoryan, Markaryan və başqaları haqda çox faktlar aydınlaşıb, onların işdən götürülüb cəzalandırmaları barədə kəskin çıxışlar olub, qərarlar qəbul edilmişdi. Bu məsələ, 1953-cü ilin, səhv etmirəmsə, noyabr ayında Azərbaycan KPMK-nın plenumunda müzakirə olundu. Bağırov işdən götürüldü, Yaqubov MK-nın katibi seçildi. Bu plenumda Sov.İKP MK-nın katibi Pospelov da iştirak etmişdi. Bundan sonra təhqiqat işləri başlandı və M.Bağırov, X.Qriqoryan və bir neçəsinə güllələnmə cəzası  verildi, digərləri də uzunmüddətli həbs cəzasına layiq görüldülər. Çox-çox adamlar məhv oldusa da, ağır cəza, əzab-əziyyətlərə düçar edildisə də, yenə haqq gəlib öz yerini tapdı...
Həmin məsələ ilə bağlı 1953-cü ilin dekabr ayında Sov.İKP MK-nın katibi Pospelovun iştirakı ilə Ermənistan KP MK-nın plenumu oldu. Plenum 3 gün davam etdi. Daxili işlər orqanları üzərində MK-nın zəif rəhbərliyi, Beriya ilə 1-ci katib Arutyunovun yaxın olmaları, bunun nəticəsində Ermənistana dəyən zərərlər, Ermənistanda yaşamış azərbaycanlıların qeyri-qanuni köçürülmələri və bir sıra digər məsələlər çox tənqidi qaydada müzakirə olundu. Plenumda mən də çıxış edib DİO-da uzun illər aparılan qanunsuz hərəkətlər, X.Qriqoryanın mənim barəmdə saxta materiallar toplaması, Ermənistanda yaşamış azərbaycanlıların qanunsuz köçürülmələri haqda kəskin çıxış edərək MK-nın işdə saxlamaq istədikləri katibi Larisa Qriqoryanın da katiblikdən götürülməsini təklif etdim. O da Arutyunov və başqa katiblərlə birlikdə işdən azad edildi. Arutyunov son sözündə özünü müdafiə etmək məqsədilə Xorenin mənim haqqımda təqdim etdiyi materialların məzmununu açmaqla MK-nın bu barədə qəbul etdiyi qərarın mətnini oxudu. Və dedi ki, “X.Qriqoryan Musayev haqqında qərəzli material təqdim edərək onun katib seşilməsini məsləhət  görməməyimizi tələb edirdi.  Biz onu eşitmədən məsələni çox dərinliyi ilə yoxladıq, Musayevi işdə saxladıq, Xoreni isə cəzalandırdıq”. Arutyunov onu da qeyd etdi ki, DİO-nun  təqdim etdiyi materialları yoxlamadan, nəticə çıxarmadan tədbir görməmişdir. Bütün bunlara görə Arutyunov işdən azad edilib ən aşağı işə - sovxozlardan birinə direktor göndərilsə də, ona partiya cəzası verilmədi. X.Qriqoryanın məsələsinə isə yuxarıda dediyim kimi Azərbaycanda baxılırdı...
 
Təqdim etdi: 
 
Sultan Laçın      
 
Oxşar xəbərlər
08:18, Bu gün
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
08:11, Bu gün
İsrail ordusu bu qəsəbəyə hücum etdi
07:57, Bu gün
Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək
07:32, Bu gün
Livandan açılan atəş nəticəsində İsraildə 10 nəfər yaralanıb
07:18, Bu gün
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07:07, Bu gün
Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:35
"Efirdə kimə gəldi sənətkar deyilir"
06 Oct 2024 | 22:26
Kitab sərgisi və xoruzdöyüşdürmə tamaşası
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 22:17
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib
06 Oct 2024 | 22:16
Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər
06 Oct 2024 | 22:06
Bayden və Şolts ayda nə qədər maaş alır? - Siyahı
06 Oct 2024 | 22:05
Valideynlər uşaqlarına nəyi qadağan etməməlidir? - Psixoloqdan 13 qayda
06 Oct 2024 | 21:57
40 yaşından sonra necə düzgün makiyaj etmək olar?
06 Oct 2024 | 21:49
Almaniya uzun illərdən sonra Türkiyəyə BUNU ETDİ
06 Oct 2024 | 21:41
Ermənistanda hakimiyyət əleyhinə aksiya keçirilir
06 Oct 2024 | 21:17
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
06 Oct 2024 | 21:17
Bərxudarovun yerinə təyin edilən general kimdir?
06 Oct 2024 | 21:09
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
06 Oct 2024 | 20:57
Yeni ölümcül xəstəlik yayılır: artıq 4 nəfər ÖLÜB
06 Oct 2024 | 20:48
Qazaxıstan Rusiyadan yanacaq almayacaq
06 Oct 2024 | 20:40
Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var
06 Oct 2024 | 20:31
Köçəryan və Sərkisyan Bakıya verilir? - Karapetyandan SENSASİYA
06 Oct 2024 | 20:26
Limon duzundan istifadə etməyin 3 YOLU: ev, bağçılıq və gözəllik üçün
06 Oct 2024 | 20:19
“Küçələrimiz bərbad gündədir, evlərimiz nəmişlik olur, hara müraciət ediriksə...” - GƏNCƏdən şikayət - FOTO
06 Oct 2024 | 20:17
“Nə qazanıram ki, vergi də verim, hərə bir hava çalır”
06 Oct 2024 | 20:09
İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv edib
06 Oct 2024 | 20:00
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
06 Oct 2024 | 19:52
Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib
06 Oct 2024 | 19:41
Bu ölkədə AES tikintisinə dair səsvermə başa çatdı
06 Oct 2024 | 19:28
Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
06 Oct 2024 | 19:20
Drenaj ailə üzvlərinin sağlamlığını pisləşdirə bilər - EKSPERTLƏR
06 Oct 2024 | 19:12
Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 18:55
Pulu düzgün köçürə bilməyiblərmiş
06 Oct 2024 | 18:43
Britaniyanın Baş naziri çoxsaylı qalmaqallara görə aparat rəhbərini dəyişib
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 18:34
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
06 Oct 2024 | 18:26
Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub
06 Oct 2024 | 18:25
Bakıda 26, rayonlarda 28 dərəcə isti olacaq
06 Oct 2024 | 18:17
Pezeşkian özünə müavin təyin etdi
06 Oct 2024 | 18:09
Fitso Qərbin Ukraynada münaqişənin davam etməsini istədiyini bildirib
06 Oct 2024 | 17:59
Ermənistanda hərbçi güllə yarasından ölüb
06 Oct 2024 | 17:57
Bu sənədləri təqdim edənə 6 min manat veriləcək
06 Oct 2024 | 17:49
Azərbaycan millisi “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib
06 Oct 2024 | 17:41
Çanaqqala sahilində zəlzələ olub
06 Oct 2024 | 17:40
Üç BÜRC üçün inanılmaz xoşbəxt bir mərhələ başladı
06 Oct 2024 | 17:32
Güclü maqnit qasırğası davam edir
06 Oct 2024 | 17:24
“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib
06 Oct 2024 | 17:16
İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb
06 Oct 2024 | 17:08
Putin ad gününü necə keçirəcək?
06 Oct 2024 | 17:07
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
06 Oct 2024 | 16:57
Dumana görə yollarda görünüş MƏHDUDLAŞACAQ
06 Oct 2024 | 16:50
Günün ən xoşbəxt BÜRCÜ
06 Oct 2024 | 16:47
"Lukaşenkonun istənilən varisi onu 100 faiz həbsə atacaq" - Belarus müxalifətçisi
06 Oct 2024 | 16:44
Uzun illər gəncliyin qorunmasına kömək edəcək meyvə
06 Oct 2024 | 16:35
İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı
06 Oct 2024 | 16:25
Hansı bibər daha yaxşıdır - sarı, yaşıl və ya qırmızı?
06 Oct 2024 | 16:11
Bu böcək 50 il yaşayır
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
06 Oct 2024 | 15:56
7-13 oktyabrda... - Müdafiə Nazirliyindən xəbərdarlıq
06 Oct 2024 | 15:46
"İrana sərt cavab veriləcək, Makron isə rüsvay olacaq"-Netanyahu
06 Oct 2024 | 15:31
Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı
06 Oct 2024 | 15:18
Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq
06 Oct 2024 | 15:08
İsmayıl Qaani ilə bağlı SENSASİON İDDİA – Öldürülüb?
06 Oct 2024 | 15:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...
06 Oct 2024 | 14:49
Bu şəxslər valideynlik hüququndan məhrum edilir - QANUN
06 Oct 2024 | 14:36
Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
06 Oct 2024 | 14:24
Elektrikli avtomobillərlə bağlı dəyişiklik – Yanvarın 1-dən…
06 Oct 2024 | 14:18
Vətəndaşların dərmanları pulsuz almaları üçün apteklər nə etməlidirlər? - VİDEO
06 Oct 2024 | 14:14
İsrail Ordusu İranın ballistik raket hücumuna cavab hazırlayır: “AĞIR OLACAQ…”
06 Oct 2024 | 13:54
Donetsk vilayətində Rusiyanın gözəgörünməz "Oxotnik" PUA-sı məhv edilib
06 Oct 2024 | 13:46
Tanınmış aparıcı "ARB"dən getdi - FOTO
06 Oct 2024 | 13:20
"Müharibə suverenliyimizlə, ərazilərimizlə heç bir alver edilmədən sona yetməlidir" - Zelenski
06 Oct 2024 | 13:15
"Bayden Putinin nüvə silahını tətbiq edə biləcəyindən əndişələnir" -  Uesli Klark
06 Oct 2024 | 13:07
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
06 Oct 2024 | 12:54
Nigeriyada ştat əhalisi daşqın səbəbindən təxliyə edilib
06 Oct 2024 | 12:38
Sabah 28 dərəcə isti olacaq
06 Oct 2024 | 12:28
"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb
06 Oct 2024 | 12:17
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
06 Oct 2024 | 12:12
Uqledarda Rusiyanın artilleriya qurğuları Ukraynanınkından 10 dəfə çox olub...
06 Oct 2024 | 12:04
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
06 Oct 2024 | 11:55
Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası
06 Oct 2024 | 11:44
Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski
06 Oct 2024 | 11:32
İran bu ölkə ilə sərhədi BAĞLADI
06 Oct 2024 | 11:24
Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika
06 Oct 2024 | 11:18
Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:56
İran ordusu döyüşə hazır vəziyyətə gətirildi – Oktyabrın 9-dək…
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
GÜNLÜK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
06 Oct 2024 | 09:30
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 09:21
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:25
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
06 Oct 2024 | 08:57
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
06 Oct 2024 | 09:46
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
06 Oct 2024 | 09:55
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." 
HƏFTƏLİK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
AYLIQ
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
06 Oct 2024 | 09:30
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 09:21
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:25
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
06 Oct 2024 | 08:57
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
06 Oct 2024 | 09:46
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
06 Oct 2024 | 09:55
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..."