“Böyük Vətən” müharibəsinə getməkdən imtina edən 18 Azərbaycan gənci orada güllələndi...
Ekskluziv
Oxunub: 2392
08 Aug 2024 | 18:29
“Böyük Vətən” müharibəsinə getməkdən imtina edən 18 Azərbaycan gənci orada güllələndi...
“Burnundan qan açılıb ayağıma töküldü və o, huşunu itirdi. Bir qədərdən sonra özünə gələn Rəhmanova dedim ki, ayaqqabıma tökülən qanı yala.  Yalamadı və dedi: “Mən erməni gülləsi ilə ölərəm, ancaq erməni ayağı yalamaram”.

 

Bu gün bir sıra orta yaşlı və yaşlı nəsil nümayəndələri  SSRİ imperiyasının boyunduruğu altında yaşadığımız dövrü tərifləyir, hətta bəzi telekanallar və nəşrlər insanlarımızda o dövr üçün nostalji, həsrət hissləri yaşatmağa çalışılan verilişlər nümayiş etdirir, materillar dərc edir. Təəssüf ki, belə hisslərə qapılan müstəqil(!) Azərbaycan vətəndaşlarının çoxu həmin sovet dönəmində xalqımızın başına gətirilmiş faciələri ya xatırlamır, ya da bilərəkdən gözardı edirlər...
 
Məsələn, hələ də çoxları bilmir ki, sovet dövründə bir müddət Azərbaycanın rəhbəri, eləcə də daxili işlər naziri və s. aparıcı vəzifələrdə daşnak xislətli ermənilər olub və onlar xalqımızın, onun ziyalılarının başına hansı oyunları açıblar, onları necə şərlədib, həbs etditrib güllələdiblər...
 
Sovet dövründə Ermənistanda müxtəlif vəzifələrdə çalışmış, görkəmli ictimai-siyasi xadim Talıb Musayevin(sabiq deputat və ictimai xadim Maksim Musayevin atası) 2008-ci ildə nəşr edilmiş  “Ermənilər və faciələrimiz” kitabının “Azərbaycan Daxili İşlər Nazirliyində çalışan maskalanmış erməni generalları Azərbaycanda yüksək vəzifəli rəhbər işçiləri, məşhur ziyalıları məhv edir, öz qanlı əməllərini Ermənistanda davam etdirirdilər” başlıqlı bölməsində məhz bu mövzudan bəhs edir. Gələcəyimizi Rusiyada görən, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birgə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun əvəzində ölkəmizi işğal edən bolşevik-kommunistlərin şura hökumətinin qurulması üçün əlindən gələni edən  məşhur Azərbaycan qadın inqilabçısı Ayna Sultanovanın acı sonluğu da bölmənin başlıca və ibrətamiz epizodlarındandır...

Beləliklə, aktuallığını nəzərə alaraq sözügedən materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

 
(Əvvəli burada:)
 
Xoren divan tutduğu bir çox azərbaycanlıların adını çəkdi. Ancaq ikisinin adını xüsusilə qeyd etdi. Onlardan biri Əliheydər Qarayev idi. Deyirdi ki, Qarayev çox türkpərəst idi. Müsavatçılara başçılıq edirdi. Erməni uşaqlarını görməyə gözü yox idi. Bunlar barədə  müəyyən qədər material əldə edəndən sonra qərara aldım ki, onu həbs edim. O, Bakıda deyildi, Naxçıvanda idi. Özüm getdim Naxçıvana, elə oradaca həbs etdim və döyə-döyə gətirdim. Bakıda da çox döydürdüm. Yazmış olduğum günahlara imza atmadı, irəli sürülmüş  günahları, cinayətləri boynuna almadı. Başqalarından və döymək nəticəsində onun özündən əldə etdiyim dəlillər barədə Mircəfər Bağırova danışdım. O dedi: “Bu o qədər də  ciddi material deyil.  Ciddi məşğul olun, nəticəsini mənə deyin”. 
 
Getdim, Qarayevi yenə idarəyə çağırdım. Mən dediyim günahları boynuna almadı. Şişləri qızdırtdırıb belini dağladım. Yenə imza atmadı. Bir  yekə dəmir qızdırtdırıb gətirtdim. Şişlər də kürəyində idi. Qıpqırmızı odlu dəmiri ona göstərib soruşdum ki, indi yazdığıma qol çəkirsənmi? Dedi ki, yox. Yekə qızarmış dəmiri ona yaxınlaşanda çığırıb, ağlayıb qol çəkməsi üçün yalvardı: “Amandır, tez gətir”. Şiş kürəyində, dəmir qabağında o, öz ünvanına yazılmış olan günahlara imza qoydu. Səhəri apardım Bağırova göstərdim.  Dedi ki, indi bu əclafa ağır cəza vermək olar...  
Ayna Sultanova da belə yolla həbs edilib güllələndi. Bu müsavat itlərini biz belə tapıb cəzalandırdıq. Yazıçı Müşfiqin də boynuna günahları belə qoydum... Azərbaycanda olan “qaymaq müsavatist” adlandırdığım adamları belə tapıb cəzalandırmışam”, - deyə X.Qriqoryan sözünü yekunlaşdırdı. 
 
Belə söhbətləri Azərbaycanın daxili işlər nazirinin müavini Markaryandan da eşitmişdim. 1942-ci ilin payızında müharibə vaxtı çağırışa gəlməyib gizlənmiş olan adamlardan 18 nəfər 18-35 yaşlı  azərbaycanlı oğlan  günün günorta çağında Basarkeçər rayon mərkəzinin kolxoz bazarında rayonlardan çağırılmış nümayndələrin iştirakıyla qol-qola bağlanıb güllələndi. 20-25 nəfərin də yaxın günlərdə güllələnəcəyi barədə xəbərlər yayılırdı.  Bunu eşidən Azərbaycan hökumət rəhbərləri bu vəhşi aksiyanı dayandırıb, Gədəbəy rayonunda respublika daxili işlər naziri və bir neçə rayon daxili işlər şöbələrinin rəislərinin, həmçinin Ermənistanın Basarkeçər rayonunun 1-ci katibinin və Qarabağlar rayonunun 1-ci katibinin, yəni mənim  iştirakımızla müşavirə keçirdi. Müşavirədə daxili işlər nazirinin müavini Markaryan da iştirak edirdi. Müşavirədən sonra Basarkeçərin raykom katibi Alaxeryan iki respublikanın nazir və nazir müavinlərini qonaq apardı. Alaxeryanla bir yerdə işlədiyimizdən bir-birimizə yaxşı münasibətimiz var idi. Həm də o vaxt mənim işlədiyim Qarabağlar rayonu çox uzaqda idi. Alaxeryan əl çəkmədən məni də qonaq apardı...
 
Qonaqlıqda 15-dən çox yüksək vəzifəli şəxs iştirak edirdi. Söhbət dövrün tələblərinə uyğun hadisə və məsələlərdən gedirdi. Nazir və Azərbaycandan gələn nazir müavini dövrlərə uyğun apardıqları işlərdən, əvvəllər yüksək vəzifə tutub, sonralar bu və ya digər səbəblərdən həmin vəifələrindən çıxarılmalarından söhbət edirdilər. Onu da qeyd edim ki, məclisdə azərbaycanlı bircə mən idim. Azərbaycanın nümayəndəsi olan erməni Markaryanın danışdıqları məni çox maraqlandırırdı. O, 1937-1939-cu illərdə Azərbaycanda bir çox vəzifə, sənət adamlarını həbs edib cəzalandırmasından danışdı:
“O vaxt Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işləyən Hüseyn Rəhmanov ermənilərə dolanmaq üçün şərait yaratmırdı. Qarabağa pul, taxıl, sənaye mallarıyla nisbətən az kömək edirdi. Bunlar barədə erməni yoldaşlar mənə danışırdı. Əldə etdiyim bu və ya bu kimi materiallara əsaslanıb bizdə təsərrüfat müdiri işləyən bir ləzgi balasına tapşırıq verib göndərdim ki, N. Rəhmanovu tut gətir yanıma. Getdi, tutdu, döyə-döyə gətirdi mənim kabinetimə. Mən Rəhmanova bir neçə sual verdim. O, mənim suallarıma uyğun cavab vermədi. Ləzgiyə dedim ki, onu yıx yerə. O da o saat Rəhmanovu yıxdı yerə və yaxşıca döyüb əzişdirdi. Mən də başına bir-iki təpik vurdum. Burnundan qan açılıb ayağıma töküldü və o, huşunu itirdi. Bir qədərdən sonra özünə gələn Rəhmanova dedim ki, ayaqqabıma tökülən qanı yala.  Yalamadı və dedi: “Mən erməni gülləsi ilə ölərəm, ancaq erməni ayağı yalamaram”. Onu çox döyüb əzdikdən sonra barəsində tərtib olunmuş işi üçlüyə təqdim etdim. Onlar da Rəhmanova ölüm cəzası verməyi qərara aldılar. Amma qoymadım ki, onu rus və ya azərbaycanlı əsgər güllələsin, öz tapanşamla özüm güllələdim. Və Rəhmanova belə dedim: “Yadında saxla öz sözlərini, o dünyaya apar və orada de ki, erməni gülləsi ilə ölüb buraya gəlmişəm”...
 
Markaryan bundan başqa azərbaycanlılar haqda çox nalayiq sözlər də işlətdi... Buna dözə bilməyib pərt halda məni dəvət edən katibdən getməm barədə izn istədim...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın                                                                                                               
 
Oxşar xəbərlər
00:17, Bu gün
Alimlər həyat və ölümün hüdudlarından kənarda "üçüncü halı" aşkar edib
17 Sep 2024 | 23:00
Bu cür sarımsağı heç vaxt yeməyin
17 Sep 2024 | 22:59
Şərqi Avropanı su cənginə alıb, Qərbi Avropa od içindədir...
17 Sep 2024 | 22:55
Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi
17 Sep 2024 | 22:50
"İsrail "Hizbullah"a nə zaman hücum edəcək?" - "The Jerusalem Post"
17 Sep 2024 | 22:40
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
17 Sep 2024 | 22:30
Leyen fransız nazirə yeni vəzifə təklif etdi
17 Sep 2024 | 22:22
Milyonçunun azərbaycanlı xanımı "Xalq artisti" adı aldı
17 Sep 2024 | 22:14
Bu şəxslər COP29-da xeyli pul qazanacaq
17 Sep 2024 | 22:06
Ana vidası
17 Sep 2024 | 21:56
Manatın məzənnəsi gələn il necə olacaq?
17 Sep 2024 | 21:48
İsrail yeni müharibəyə başlayır: Hədəf elan edildi!
17 Sep 2024 | 21:40
Otis Devis 92 yaşında ÖLDÜ
17 Sep 2024 | 21:28
Çayın faydaları və zərərləri
17 Sep 2024 | 21:20
Rusiyalılar hərbi əsirləri orta əsrlər metodları ilə qətlə yetirir
17 Sep 2024 | 21:13
Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini ARTIRIR
17 Sep 2024 | 21:08
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail oldu
17 Sep 2024 | 21:00
Prezidentin görüşündə o incə detal - FOTO
17 Sep 2024 | 20:54
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB
17 Sep 2024 | 20:46
2 milyona yaxın qazanan da var, 1 milyon da...
17 Sep 2024 | 20:38
Gələn il üçün Azərbaycan neftinin büdcə qiyməti açıqlandı
17 Sep 2024 | 20:31
Xalq artisti ağ geyimi ilə gündəmdə - VİDEO
17 Sep 2024 | 20:23
COP29 zamanı yeni nəqliyyat sxemi tətbiq ediləcək
17 Sep 2024 | 20:15
Nigar SÖZ ATDI: "Onun qanını dəyişmək lazımdır" - FOTO
17 Sep 2024 | 20:10
Körpələrə nə qədər duz vermək olar?
17 Sep 2024 | 20:02
XİN Koulmanın iddialarına CAVAB VERDİ
17 Sep 2024 | 19:56
Bülbüloğlu Başqırdıstanın "Xalq artisti" oldu
17 Sep 2024 | 19:48
Kiberhücum: ratsiyalar partladıldı, 1,5 min insan yaralandı
17 Sep 2024 | 19:40
"Ferrari"nin rəhbəri: “Bakıdakı yarışda qələbə məhz o vaxt əldən çıxdı”
17 Sep 2024 | 19:33
Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?
17 Sep 2024 | 19:26
Çörək əlavəsi nədir və nə qədər təhlükəlidir?
17 Sep 2024 | 19:20
Türklərin yaşamadığı Türkiyə...
17 Sep 2024 | 19:15
Elm və Təhsil Nazirliyi 400 min manatlıq dərslik sifariş edəcək
17 Sep 2024 | 19:10
Zalujnı Ukrayna ordusunun Rusiyaya girməsinə qarşı idi
17 Sep 2024 | 19:05
Bu türk kanalı Azərbaycanda yayımını dayandırır - FOTO
17 Sep 2024 | 19:00
Bu ölkədə PARTLAYIŞ: İran səfiri YARALANDI - VİDEO
17 Sep 2024 | 18:55
Bakıda daha bir məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO
17 Sep 2024 | 18:50
Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək
17 Sep 2024 | 18:45
Dünyanın ən varlı ikinci adamı o oldu - Onu “Məşhurlar adasının sahibi” adlandırırlar
17 Sep 2024 | 18:40
Azərbaycanın bu ölkələrdə səfirləri fəaliyyətə başladı
17 Sep 2024 | 18:37
Kamal Kılıçdaroğlunu ağır cəza gözləyir
17 Sep 2024 | 18:32
Simonyanın Feysbuk və İnstaqram səhifələri bağlandı
17 Sep 2024 | 18:26
Onların çoxu təhsillərini yarıda saxlayıb - Oxumadan varlanan məşhur iş adamları
17 Sep 2024 | 18:24
Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi - ŞƏRH
17 Sep 2024 | 18:18
Çiy südü içmək olarmı?
17 Sep 2024 | 18:15
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
17 Sep 2024 | 18:10
Şuşayadək döyüş yolu keçən “Qartal” ləqəbli qəhrəmanımız...
17 Sep 2024 | 18:06
BDU ilə “Quacquarelli Symonds” reytinq təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalandı
17 Sep 2024 | 18:01
Onun təklifini nəzərə alıb Basarkeçərdən azərbaycanlıların köçürülməsini 3 il ləngitdilər...
17 Sep 2024 | 18:00
DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var
17 Sep 2024 | 17:54
Zülfiyyə Xanbabayevaya AĞIR İTKİ - FOTO
17 Sep 2024 | 17:48
"Birləşmiş Millətlər Təşkilatında İsrailə yer olmamalıdır" - BMT eksperti
17 Sep 2024 | 17:42
Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı
17 Sep 2024 | 17:36
Aylardır qəzalı vəziyyətdə olan Saray körpüsü bağlanır? - AÇIQLAMA
17 Sep 2024 | 17:30
Pensiya alanlara ŞAD XƏBƏR
17 Sep 2024 | 17:24
Yengicə su anbarında tikinti işləri davam edir - FOTO
17 Sep 2024 | 17:17
"İvanişvili tarixi saxtalaşdırmağa cəhd göstərir" - Hikmət Cavadov
17 Sep 2024 | 17:10
Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR… – DOSYE
17 Sep 2024 | 17:05
"Qırmızı xətt" üzərində səndirləmə: "İran ancaq gücsüz olduğu zaman yumşalmaya gedir"
17 Sep 2024 | 16:58
İcra başçısı təyin olunan Sevindik Hətəmov KİMDİR… – DOSYE
17 Sep 2024 | 16:51
Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirildi - FOTO/VİDEO
17 Sep 2024 | 16:45
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edildi - YENİLƏNİB
17 Sep 2024 | 16:40
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
17 Sep 2024 | 16:35
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
17 Sep 2024 | 16:31
Narı ilə məşhur Göyçayda acınacaqlı vəziyyət: Fermerlər çarəni necə tapırlar? - VİDEO
17 Sep 2024 | 16:29
Şəbnəmin qızının nişanı qayıtdı - FOTO
17 Sep 2024 | 16:26
Sevindik Hətəmov Hacıqabulun icra başçısı təyin edildi
17 Sep 2024 | 16:24
Polkovnik, arvadı və qardaşı ölmüşdü - 9 il həbs verildi
17 Sep 2024 | 16:18
“Çöllükdə silahı başımıza dirəyib dedilər, ya güllələyəcəklər, ya da...” - Çeçenistanda saxlanılan azərbaycanlılar danışdı
17 Sep 2024 | 16:06
Baş prokuror nazir müavini təyin olunan şəxsin yerinə onu gətirdi - FOTO
17 Sep 2024 | 15:59
Ermənistan Rusiyanı Qərbin sanksiyalarından belə yayındırır - Səməd Seyidov açıqladı
17 Sep 2024 | 15:53
Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO
17 Sep 2024 | 15:47
"Qərb üçün ən böyük risk diktator Putinin Ukraynada qələbəsi olacaq" - Stoltenberq
17 Sep 2024 | 15:41
STM Zəngəzur dəhlizi ilə bağlı tədqiqat sənədi hazırlayıb
17 Sep 2024 | 15:35
Marsın sirli strukturları: Qədim okeanın dibində kəşf edildi
17 Sep 2024 | 15:28
“Bir qalanın sirri”nin çəkiliş prosesindən heç yerdə görmədiyiniz kadrlar
17 Sep 2024 | 15:22
UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir - FOTO
17 Sep 2024 | 15:16
Baş prokuror Xızıda vətəndaşları qəbul etdi - FOTO
17 Sep 2024 | 15:11
Mehdiabadda axtarışda olan 14 nəfər saxlanıldı
17 Sep 2024 | 15:06
Göygöldə Topalhəsənli-Kərəmli yolunun təmiri nə yerdədir? - VİDEO
17 Sep 2024 | 15:00
"Ukraynanın Kursk vilayətində yeni strategiyası üzə çıxıb" - "Forbes"
17 Sep 2024 | 14:54
Ağdam və ya Yaşma: Yeni paytaxt hara köçürülə bilər? – İlkin plan belədir
17 Sep 2024 | 14:48
Rəsmi Bakıdan Niderlandın qərəzli iddialarına SƏRT REAKSİYA
17 Sep 2024 | 14:42
“Rəsulzadəni ilk dəfə tut yeyərkən görmüşəm” - Manaf Süleymanov
17 Sep 2024 | 14:36
Evlənmək arzusu ilə yaşayan 3 BÜRC - Onlar daim axtarışdadırlar
17 Sep 2024 | 14:30
Vətəndaşları jurnalist adı ilə şantaj edənlər həbs edildi
17 Sep 2024 | 14:24
Ordumuzun bu addımı erməniləri qorxuya saldı - Müharibə iddiasının SİRRİ
17 Sep 2024 | 14:18
18 yaşlı oğlan sevdiyi qızla meşədə cinsi əlaqədə oldu, dostunun anasına isə... – ŞOK
17 Sep 2024 | 14:12
HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir - VİDEO
17 Sep 2024 | 14:06
Üç klub cərimələndi
17 Sep 2024 | 14:01
Tehrandakı səfirliyimizə hücum etmiş terrorçunun edam hökmü niyə gecikir? - Bakı səfirini geri çağıra bilər
17 Sep 2024 | 13:58
"Meta” şirkəti Kreml ruporları Simonyan  və Kiselyovun hesablarını blokladı... -“Fox News”
17 Sep 2024 | 13:56
Dünyanı ağuşuna alan yeni VİRUS - Bu simptomlar varsa DİQQƏTLİ OLUN!
17 Sep 2024 | 13:51
"Rusiyanı hərbi cəhətdən məğlub etmək mümkün deyil" - Tokayev
17 Sep 2024 | 13:46
"Belə xalqların azadlığı işinə dəstəyimizi davam etdiririk" - Prezident
17 Sep 2024 | 13:40
Mənsum İbrahimovdan Təyyarın oğluna qadağa - VİDEO
17 Sep 2024 | 13:34
DYP bu şəxslərə müraciət etdi
17 Sep 2024 | 13:28
Nigar və Türkan arasında DAVA - VİDEO
17 Sep 2024 | 13:22
İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17 Sep 2024 | 13:16
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
GÜNLÜK
17 Sep 2024 | 09:37
“AZTV”-nin Ceyranı doğum gününü niyə qeyd etmir?-VİDEO+FOTO+ÖZƏL
17 Sep 2024 | 08:22
Putin Xocalı canisinə zəng etdi...- NƏDƏN DANIŞDILAR?..
17 Sep 2024 | 11:41
Əhaliyə XƏBƏRDARLIQ: Sabahdan 18-dən marta qədər...
17 Sep 2024 | 07:31
“Aktrisa olmağımın başlıca səbəbkarı da Şuşadır, məsləhət bilsələr...” - AÇIQLAMA+ÖZƏL
17 Sep 2024 | 07:23
Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...-"Yalnız sakit həyat istəyirəm..."
17 Sep 2024 | 10:51
Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? – Həkimdən AÇIQLAMA
17 Sep 2024 | 08:19
Manatın devalvasiyası ilə bağlı AÇIQLAMA - 2025-cil ildə...
17 Sep 2024 | 11:38
Azərbaycanda bu məşhurların yaxın qohum olduğunu bilirdiniz? - Onlar qardaş imiş... - FOTOLAR
17 Sep 2024 | 09:28
Bu kreditlərin yarıya qədərini DÖVLƏT ÖDƏYƏCƏK
17 Sep 2024 | 08:09
Çay içənlərə XƏBƏRDARLIQ
HƏFTƏLİK
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
12 Sep 2024 | 14:00
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”- FOTO+ÖZƏL
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
13 Sep 2024 | 21:50
"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"
12 Sep 2024 | 19:23
Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ
13 Sep 2024 | 02:33
Bu bürclər varlanacaq - Pul, sevgi, sağlamlıq…
13 Sep 2024 | 18:43
Pensiya yaşı artırılır: Qadınlarınkı 8 il, kişilərinki isə...
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
13 Sep 2024 | 23:31
“Qadın məhkəmədə dedi ki, bu yeri 5 milyon rüşvət verib ondan almışam”-QALMAQAL+ŞİKAYƏT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
AYLIQ
17 Sep 2024 | 09:37
“AZTV”-nin Ceyranı doğum gününü niyə qeyd etmir?-VİDEO+FOTO+ÖZƏL
17 Sep 2024 | 08:22
Putin Xocalı canisinə zəng etdi...- NƏDƏN DANIŞDILAR?..
17 Sep 2024 | 11:41
Əhaliyə XƏBƏRDARLIQ: Sabahdan 18-dən marta qədər...
17 Sep 2024 | 07:31
“Aktrisa olmağımın başlıca səbəbkarı da Şuşadır, məsləhət bilsələr...” - AÇIQLAMA+ÖZƏL
17 Sep 2024 | 07:23
Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...-"Yalnız sakit həyat istəyirəm..."
17 Sep 2024 | 10:51
Xaş həqiqətən orqanizmə deyildiyi qədər fayda verirmi? – Həkimdən AÇIQLAMA
17 Sep 2024 | 08:19
Manatın devalvasiyası ilə bağlı AÇIQLAMA - 2025-cil ildə...
17 Sep 2024 | 11:38
Azərbaycanda bu məşhurların yaxın qohum olduğunu bilirdiniz? - Onlar qardaş imiş... - FOTOLAR
17 Sep 2024 | 09:28
Bu kreditlərin yarıya qədərini DÖVLƏT ÖDƏYƏCƏK
17 Sep 2024 | 08:09
Çay içənlərə XƏBƏRDARLIQ