Laçında sürətli quruculuq və məskunlaşdırma işləri gedir: problemlər də yox deyil...-FOTOLAR
Ekskluziv
Oxunub: 3618
27 Jan 2024 | 19:19
Laçında sürətli quruculuq və məskunlaşdırma işləri gedir: problemlər də yox deyil...-FOTOLAR
Laçında sürətli quruculuq və məskunlaşdırma işləri gedir: amma problemlər də yox deyil...-FOTOLAR
 
“Dərindən düşünəndə azad olunmuş o yurdları məskunlaşdırmaq vəzifəsi onları azad etməkdən də heç də asan iş deyil. Bəlkə də müəyyən cəhətlərdən daha da çətindir...”
 
“İşğaldan azad yurdlarımızda çalışan hər bir kiçik və ya böyük vəzifə sahibi, məmur, hər bir mühəndis, hər bir fəhlə hər biri icra edərkən 1988-ci ildən bəri həmin torpaqlar uğrunda on minlərlə şəhidin qanının axıdıldığını unutmamalıdır...”
(Əvvəli burada:)
 
Xüsusi nümayəndəlikdəki iclas bitdikdən sonra Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov şikayətçiləri növbə ilə qəbul edir. Bir azdan bəndəniz də jurnalist kimi içəri dəvət olunur...
 
Qısa müddətli müşahidə zamanı şahidi oluram ki, xüsusi nümayəndənin müavinlərinin, xüsusi nümayəndəliyin hüquqşünasının, memarının və s. iştirak etdiyi qəbulda vətəndaşların şikayətləri Məsim müəllim tərəfindən səbir və təmkinlə dinlənilir, qeydə alınır, problemlərin tezliklə həll olunacağı vəd edilir. Kiminin evinin dam örtüyündə, kiminin kanalizasiya xəttində, kiminin həyətində və s. müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurum və şirkətlərə tapşırıqlar verilir.  Nəticədə qəbula çox pərişan, fikirli halda daxil olan bəzi şikayətçilər ofisdən artıq xeyli dərəcədə arxayın sima ilə çıxırlar... Hiss olunur ki, artıq Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları ilə doğma yurdlarına qovuşmuş laçınlılar arasında səmimi münasibət də formalaşıb... Xüsusi nümayəndənin müavinlərindən biri olan Hüseyn Quliyev otaqdan çıxarkən qəbulda gözləyən yaşlı qadınlardan biri ərklə onun boynunu qucaqlayıb: “Oğul, hara gedirsən? Deyirdim, bir də Məsim müəllimi narahat etməyim, elə problemimin həllində sən özün dəstək olasan? Biz səni çox istəyirik...”...
 
Ağanusdakı Turşsu bulağı yaxınlığında heç bir tikinti işləri aparılmır...
 
Əslində Laçına bu qarlı-şaxtalı qış günlərində səfərimizə əsas səbəb rayon ərazisində bir neçə ekoloji zərər faktları, xüsusən də Ağanus kəndi ərazisindəki qədim Turşsu bulağı ətrafında ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlardan sonra rayon sakinlərində yaranmış narahatlıq idi. Bununla bağlı Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədovla Bakıdakı görüşümüzdə də qısa söhbət etmiş və  o, Laçına gələrək məsələni nümayəndələrin iştirakıyla aydınlaşdırılmağı təklif etmişdi.  Məsim müəllimlə Laçındakı söhbətimizdə o bildirdi ki, Prezidentin Xüsusi nümayəndəsi kimi işə başladığı ilk vaxtlardan rayon ərazisində ekoloji zərər halları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə(ETSN) məlumat verib və təklif edib ki, Nazirlik öz nümayəndəsini rayona yollasın və o, daimi burada fəaliyyət göstərməklə ekologiya ilə bağlı məsələlərə yerindəcə nəzarət etsin. Lakin təəssüf ki, ETSN hələ də Laçın ərazisinə öz nümayəndəsini yollamayıb...
Xülasə, məsləhət oldu ki, Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsinin müavini Hüseyn Quliyev, nümayəndəliyin hüquqşünası Ziyad Həsənli ilə bərabər Ağanus kəndi ərazisindəki Turşsu bulağına yollanaq və birlikdə həmin bulaq ətrafında təbiətə vurulmuş ziyanla tanış olaq... Geniş mövzu olduğu və araşdırmalar davam etdiyi üçün bu haqda yaxın müddətdə ətraflı məlumat verəcəyik... Hələlik yalnız onu deyə bilərik ki, bir neçə aydır yayılmış şayiələrə rəğmən Laçındakı Turşsu bulağının çıxdığı dərədə yol çəkilişinə bənzər qazıntı işləri aparılsa da, xeyli sayda ağac qırılsa da, bulağın bilavasitə yanında heç bir tikinti işləri aparılmadığına və hazırda orada guya hansısa iş adamları tərəfindən özəl istirahət məkanı tikilməsindən söhbət getmədiyinə əmin olduq... Ancaq Turşsu bulağından təxminən 100 metr məsafədə “Azəravtoyol”un sifarişi ilə Türkiyənin “Poladyol” şirkəti tərəfindən xüsusi əhəmiyyətli alternativ yol çəkilir. Və sözsüz ki, bu haqda ETSN-nin də məlumatı vardır. “Poladyol”un həmin yol tikintisinə nəzarət edən iş icraçısı Əli bəy bizə məlumat verdi ki, konkret Turşsu bulağının yanında ağacların qırılmasıyla şirkətin heç bir əlaqəsi yoxdur. O, başqa bir hökumət qurumunun adını çəkdi. Lakin əlimizdə dəqiq fakt olmadığı üçün həmin qurumun adını açıqlaya bilmirik... Bu məsələyə aydınlığı yalnız Dövlər Şəhərsalma Komitəsi və ETSN gətirə bilər... Sözsüz ki, bizim də araşdırmalarımız davam edəcək...
 
Qayıdaq Laçındakı yenidənqurma və quruculuq işlərinə...
 
...Laçına səfərdə bizimlə yoldaş olan bir neçə yeni Laçın sakini, eləcə də şəhərin özündə həmsöhbət olduğumuz sakinlər ümumilikdə durumdan, tikinti və abadlıq işlərindən razıdırlar. Yalnız bir neçə keçmiş məcburi köçkün şəhərdə artıq sahibi olduqları yeni tikilmiş evlərdə bəzi səhlənkarlıqlara yol verildiyini, bu haqda Prezidentin xüsusi nümayəndəliyinə və “Laçın Abadlıq Xidməti” ASC-yə müraciət etdiklərini, lakin problemin hələ də həll edilmədiyini söylədilər...
Yeri gəlmişkən, “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədovla söhbətimiz zamanı şəhər sakinilərinin işlə təmin olunması üçün yeni ilin  başlamasıyla artıq bir sıra yeni müəssisələrin fəaliyyət başladığını öyrənirik(Müsahibəni saytımızda ayrıca təqdim edirik:burada:): ayaqqabı istehsalı müəssisəsi, breket istehsalı, dam örtüklərinin istehsalı, yuyucu vasitələrin istehsalı müəssisələri...
 
Təəssüf ki, həmin müəssisələrə baş çəkməyə vaxtımız çatmır... İnşallah, gələn səfərimizdə...
.
...Axşamüstü Laçına yeni dönmüş sakinlərdən birinin qonağı oluruq. Çay süfrəsi arxasında söhbətimiz zamanı keçmiş məcburi köçkün soydaşımız olan ev sahibəsi doğma şəhərində görülən işlərdən razılıq edir: 
“Allah şəhidlərimizə rəhmət eləsin! Dövlətimizi var eləsin!..Evimizdə işğalçı erməni ailələrindən biri yaşayırmış deyə, tam dağıtmamışdılar... Evimiz işğaldan əvvəl olduğu eyni ölçüdə tam bərpa edilib. Otaqlarımız normal səviyyədə təmir olunub. Mətbəximizdə bahalı mebel dəsti, iki otağımızda  kondisioner qurulub. “Kombi” istilik sistemi normal işləyir, suyumuz daimi gəlir. Bir sözlə, şəraitimiz tam rahatdır...”.
“Evinizdə, həyətinizdə, hər hansı çatışmazlıq, narazı qaldığınız cəhət varmı?” sualına soydaşımız  “Elə bir ciddi çatışmazlıq yoxdur. Yalnız evin girişinin, yənin “ayaqaltı” dediyimiz hissənin üzərinə örtük vurulmayıb. Nümayəndəlikdən və “Laçın Abadlıq Xidməti”ndən söz verilib ki, tezliklə bu məsələ də həllini tapacaq”...
 
*** ***
 
Sözsüz ki, iş olan yerdə, özü də 30 ildən çox işğal altında, Azərbaycan dövlətinin nəzarətində olmamış, paytaxtdan 500 km-ə yaxın məsafədə və dağlıq ərazidə yerləşən bir şəhərdəki quruculuq-abadlıq işlərində nöqsanlar, çatışmazlıqlar, problemlər olmalıdır. Əsas odur ki, həmin nöqsan və problemlər bilərəkdən, özgə, şəxsi qazanc, təxribat və s. məqsədlərlə törədilməsin və müvafiq qurumlar sakinlərin, vətəndaşların şikayətlərini vaxtında dinləsinlər və mümkün qədər tez həll etsinlər...
 
Burada Ağanus Turşsuyuna gedərkən yolboyu söhbət zamanı Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsinin müavini Hüseyn Quliyevin söylədiyi bizim əvvəllər də yazılarımızda tez-tez xatırlatdığımız bir fikri xatırlatmaq yerinə düşər: “Hər bir işin ümumi icrası zamanı çox şey həmin işi görən ayrı-ayrı insanların şəxsi vicdanından asılıdır...” Doğrudan da, belədir, hər bir kiçik və ya böyük işdə insan olaraq hər bir fərdin şəxsi keyfiyyətləri; vicdanı, namusu, iradəsi, məsuliyyət hissi çox əhəmiyyətli rol oynayır... Xüsusən də işğaldan azad yurdlarımızda çalışan hər bir kiçik və ya böyük vəzifə sahibi, məmur, hər bir mühəndis, hər bir fəhlə hər biri icra edərkən 1988-ci ildən bəri həmin torpaqlar uğrunda on minlərlə şəhidin qanının axıdıldığını unutmamalıdır...
 
Bu yerdə hələ 3 il öncə 2021-ci ilin fevralında – 44 günlük savaşda qələbəmizdən cəmi 3 ay sonra  yazdığım “Qarabağa Böyük Qayıdış Azərbaycan üçün həm də Böyük Cihaddır...” başlıqlı yazımı xatırlayıram.
 
Həmin yazıdan bir neçə ibrətamiz parçanı təkrarlamaq bu reportajımızın mövzusuna uyğun olar:
 
“Şükür Allaha ki, 30 ilə yaxın etdiyimiz duaları eşitdi və şəhidlərin, qazilərimizin qanı, canı hesabına işğal altındakı torpaqlarımızın böyük hissəsinin azadlığına nail olduq... Ancaq dərindən düşünəndə azad olunmuş o yurdları məskunlaşdırmaq vəzifəsi onları azad etməkdən də heç də asan iş deyil. Bəlkə də müəyyən cəhətlərdən daha da çətindir...
 
...Allaha şükürlər olsun ki, Azərbaycan xalqı da, dövləti də, ordusu da kiçik cihadın(İslam dinində haqq işi uğrunda silahlı mübarizə “kiçik cihad” hesab olunur) böyük qismində, demək olar ki, qalibdir... Fəqət indi həmin qələbəni tamamlamaq, möhkəmlətmək və Qarabağa Böyük Qayıdışa nail olmaq üçün məhz Böyük Cihadda – nəfsimizlə, şəxsi tamahımızla, şəhvətimizlə mübarizədə də qalib olmalıyıq... Əks halda xaricdəki düşmənlər daxilimizdəki,  həm ölkə daxilindəki yağı xislətlilərlə, həm də hər birimizin qəlbindəki düşmənlə - nəfsimizlə birləşib yenidən Qarabağın işğalına nail ola bilərlər...
 Fəhlədən, süpürgəçidən tutmuş nazirə, Prezidentədək hər kəs bu sınaqdan da keçəcək... İndiyədək görülmüş işlərin, verilmiş vədlərin səmimiliyi, ixlaslılığı bu Böyük Cihadda  bir daha sınanacaq...
 
 Bəli, Böyük Cihadda hər bir Azərbaycan vətəndaşı, hər bir bölgə, şəhər, qəsəbə, kənd sakini iştirakçı olacaq... Ancaq bu dəfə ən böyük yük məhz işğaldan azad torpaqlarımıza Böyük Qayıdış proqramını həyata keçirəcək, icra edəcək nazir, başçı, xüsusi nümayəndə və kiçikdən böyüyə digər məmurların, sahibkarların, iş adamlarının, eləcə də o torpaqlara qayıdacaq vətəndaşların üzərinə düşəcək...
 
Məmurları rüşvətxorluq, korrupsiya şakərindən çəkindirməkdə ən böyük rolu məhz aşağılar oynamalıdır.  Yəni Böyük Qayıdış prosesinin iştirakçısı olan hər bir kəs fəhlə, usta, mühəndis və s. son 3 onillikdə olduğu kimi, özündən yuxarıdakı məmur  təbəqəsinin əliəyriliyinə göz yummamalı, onlarla əlbir olmamalıdır... Hər bir yolu, hər bir qaz, su, elektrik, telefon xəttini və s. çəkərkən, hər bir  evi, binanı tikərkən, qarış torpaqda addımlayarkən həmin torpaqların minlərlə şəhidimizin, on minlərlə qazimizin qanı ilə yuyulduğunu unutmayaraq vucdanla davranmalıyıq... Anlamalıyıq ki, o igidlərin canı, qanı hesabına azad olmuş torpaqlara Böyük Qayıdış proqramına çəkilən xərcin bir qəpiyinə belə, göz dikən məxluq həmin şəhid ruhlarının, onların ata-anasının, övladlarının, əzizlərinin qarğışını, Allahın nifrətini və nəhayət, əzabını qazanacaq...
 
Fəqət, hər bir keçmiş köçkün dövlətin apardığı quruculuq işlərinə təmkin və səbirlə yanaşmalı, yalnız öz şəxsi mənfəəti, ambisiyası üçün öz statusundan sui-istifadə edərək süni narazılıq yaratmaqdan çəkinməlidir...  
 
***
 
Xülasə, 1  milyona yaxın keçmiş didərgin üstəgəl  10 minə yaxın məmur, 30-40 min fəhlə, mühəndis, iş adamının nəfsi Böyük Qayıdış proqramı ilə üz-üzədir...  
 
Böyük və Uca Allah torpaqlarımızın azadlığı uğrunda mübarizədə düşmən orduları üzərində olduğu kimi, korrupsioner, rüşvətxor, vəzifəxor və yaltaqlar orduları üzərindəki qələbəmizdə də yardımçımız olsun!..”
 
Bir də ən əsası odur ki, artıq biz işğaldan azad edilmiş Laçında yaşayır, buranın təmiz havasını, saf suyunu udur, burada yeyib-içir və bizi narahat edən məsələlər haqda Azərbaycanın dövlət və hökumət qurumlarına şikayət edirik, artıq Şuşa, Kəlbəcər, Qubadlı, Xankəndi, Xocalı və s. kimi Laçının da işğal altında qalmasından beynəlxalq qurumlara; BMT-yə, ATƏT-ə, AŞ-a, AŞPA-ya və s. şikayət etmirik...
 
Artıq Şuşanın Turşu qəsəbəsində də yenidənqurma işləri başlanıb...
Bir gözəl günəşli səhərdə ayrılmaq istəmədiyimiz cənnətməkan Laçından Məhəbbət Kazımovun “Laçınım” mahnısının sədaları altında Bakıya dönərkən 33 il sonra Laçın-Şuşa-Füzuli-Bakı yoluyla da getmək qismətimiz oldu... Şuşanın məşhur Turşsu qəsəbəsindən,  Zarıslı kəndindən, “Yeddiqat” aşırımından, Saxsı bulaqdan keçərək Şuşaya çatdıq... 
 
Onu da qeyd edək ki, Turşsu qəsəbəsində çoxlu texnika işləyir, artıq bərpa, quruculuq işlərinə start verilib... Ötən ilin dekabrında Prezident İlham Əliyevin də baş çəkdiyi  “Turşsu” bulağında da müasir kurort-sanatoriya kompleksi salınması nəzərdə tutulub...
 
Zarıslı kəndinin yanından da keçirik... İşğalçılar bu kənddə yaşamadıqlarından onu darmadağın ediblər... 
 
Şuşaya təxminən 5 km qalmış Saxsı bulağın suyundan içirik... Uşaqlıqda ata-anamla birgə Xankəndinə, yaxud Bakıya gedərkən yolüstü buradakı restoranda nahar etməyimiz gözümün önündə canlanır....
 
Təəssüf ki, İsa bulağına tərəf dönsək də, yol çox buz olduğu üçün geri dönməli oluruq... Və Allahdan şəhidlərimizə bir daha rəhmət diləyə-diləyə Zəfər yoluyla  Bakıya doğru üz tuturuq...
 
Səfər bizdən – Zəfər Allahdan!..
 
Sultan Laçın 
 
Bakı-Laçın-Şuşa-Bakı
 
Oxşar xəbərlər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 09:30
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
06 May 2024 | 09:10
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 08:53
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ