32 ildən sonra Laçına yuxu kimi səfər...-FOTOLAR
Ekskluziv
Oxunub: 4277
25 Jan 2024 | 19:01
32 ildən sonra Laçına yuxu kimi səfər...-FOTOLAR
"Şahidi oluruq ki, dövlətimizin siyasəti, ordumuzun gücü, şəhid və qazilərimizin canı-qanı sayəsində işğaldan azad edilmiş Laçında sürətli quruculuq, bərpa və abadlıq işləri gedir. Amma problemlər də yox deyil..."
 
"Abdallar - Laçın şəhərinin yerində olmuş qədim kəndin adı olub. Abdallar - Şah İsmayıl Xətayi dövrünün ona sadiq, döyüşkən, mərd, qəhrəman tayfalarından biri olub.... "Abdal" - bəzi ağzıgöyçəklərin düşündüyü mənanı daşımır... Əksinə, "abid" sözü ilə eyni kökdən olmaqla Allaha, Onun yoluna sadiq, mömin bəndələr anlamına gəlir..."
 
Düz 31 il 8 ay öncə o zaman Rusiyanın dəstək verdiyi Ermənistanın təcavüzü nəticəsində hələ subay ikən  tərk etməyə məcbur qaldığım Laçına, nəhayət, 2024-cü il yanvarın 17-də həyat yoldaşım və nəvəmlə birgə qayıtmaq qismət imiş... 
Bakıdan yola düşərkən etdiyimiz ilk əməl Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, cansağlığı diləmək oldu... 
 
Yolumuz  həm məsafəcə uzun olduğundan, həm də işğaldan azad edilmiş ərazilərdən keçən hissəsinin çoxu yenidən çəkildiyindən səfərimiz 7 saatdan çox sürdü... Fəqət doğma yurda dönməyin çətinliyinə dözməyin özü də bu sətirlərin müəllifi üçün bir əyləncə, bir istirahət oldu... Amma bu yol yuxu kimi oldu; bilmədim, 32 illik yuxudan ayılmışam, yoxsa indi yuxu görürəm...
 
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə giriş Füzuli rayonunun Alxanlı kəndindən başlayır. Oradan Laçına çatınca yolboyu birdən elə təəssürat yaranır ki, sanki xarici və yad bir ölkəyə gedirsən. Çünki azı 6 polis postunda sənədlər və avtomobillər yoxlanılır. Lakin polislərin vətəndaşlarımızla nəzakətli davranışından bəlli olur ki, bura - Azərbaycandır... 
 
Cəbrayıl, Zəngilan ərazilərindən başlayaraq Qubadlı-Laçın istiqamətində yeni yol çəkildiyindən hələki qalan məsafənin əksər hissəsini palçıqlı, çala-çüxurlu yollarla getməli oluruq... 
 
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının yol yaxınlığındakı kənd və qəsəbələrinin xarabalığa dönmüş evlərini gördükcə, vaxtilə həmin məntəqələrdə yaşamış on minlərlə soydaşımızın, xüsusən uşaqların, gənclərin yarıda qalmış dünya həyatlarını, yarımçıq qalmış arzularını, ümidlərini düşündükcə insanı qəhər boğur.  Hətta bizdən o evlərin niyə belə dağıldığını soruşan və bunu düşmənlərin etdiyini öyrənən 4 yaşlı nəvəm də həyəcan keçirir və bir az sonra deyir: “Baba, bayaqdan elə əsəbiləşmişəm; bu ermənilər bizim azərbaycanlıların evlərini niyə belə dağıdıblar? Bakıya qayıdanda mənə avtomat alın, gedib onları güllələyəcəm...” Nə ata-anası, nə də baba-nənəsi olaraq biz balaca Nərgizə ermənilərə qarşı aşırı nifrət aşılamırıq. O, sadəcə, saf, uşaq gözləri, ürəyi ilə mövcud reallığı görüb düşünəndən sonra qəlbində belə vandallıqları törədənlərə qarşı nifrət oyanır...
 
...İranla, əslində Güney Azərbaycanla sərhəd boyu, Araz çayının yanı ilə, Xudafərin körpüsünün yaxınlığından  keçərkən həm bu taydakı xarabalıqlarla yanaşı tikinti, quruculuq işlərinə baxanda, həm də Azərbaycanın o taydakı böyük parçasına tərəf boylananda düşünürsən: “Görəsən, tezliklə Arazın o biri sahilindəki, cəmi bir neçə kilometr məsafədə yaşayan soydaşlarımızı bu taydakı yeni qurulmuş evlərimizə sərbəst şəkildə qonaq dəvət edə biləcəyikmi?..”
 
Bütün bu faciələrin: Arazla o tay-bu tay Azərbaycana bölünməyimizin də, keçdiyimiz torpaqların 30 il erməni işğal altında qalmasının da səbəbkarı hələ bu gündə Vətənimizdən əl çəkməyən, qoşunlarını “sülhməramlı” adı altında Qarabağda daimi saxlamağa çalışan işğalçı Rusiya imperiyasıdır... Təəssüf ki, bu qədər yaşanan faciə və itkilərdən sonra ölkəmizdə hələ çoxlarının ağlı başına gəlməyib...
 
Ağıl demişkən, Zəngilanın “Ağıllı kənd” layihəsi ilə bərpa olunmuş Ağalı kəndinin yanından ötərkən qeyri-iradı qəlbimizdə bir sevinc hissi oyanır, ümid çırağı yanır; Azərbaycan xalqı həm düşmənlərdən müdafiə olunmağa, torpaqlarını azad etməyə, həm də səbir və təmkinlə yaralarını sarımağa, viran edilmiş kənd, qəsəbə və şəhərlərini bərpa etməyə qadirdir... Bununla belə, qələbələrimiz nə qədər çox olsa da, heç cür eyforiyaya qapılıb arxayınlaşmaq olmaz. Düşmənlərimiz çox yaxındadır...
Qubadlının işğalçı ermənilərin işğal dövründə yaşadıqları və yeni evlər tikdikləri ən böyük kəndi – Xanlığın yanından keçirik... 
 
Erməni mediasının işğal dövründə yazdıqlarına inansaq, Xanlıqda 600-ə yaxın erməni yaşayıb. Hələ 2019-cu ildə Moderator.az-da bu haqda yazmışdıq... Hazırda  Bakıda həbsdə olan gorbagor(!) “artsax”ın keçmiş başçısı, Rusiya imperiyasının Qarabağdakı son oyunlarının fəal iştirakçısı Arayik Arutyunyan 2018-2019-cu illərdə Xanlıq kəndində “Masis” tütün şirkəti vasitəsilə ermənilərin tütün yetişdirmə kampaniyasını başlatmışdı... 
 
Ümumiyyətlə,  işğal illərində Xanlıq kəndi ermənilərin sürətli məskunlaşdırma həyata keçirdiyi ən böyük Azərbaycan kəndi idi.   İşğalçılar kənddə 150-yə yaxın yeni ev tikmiş və onlara Suriyadan köçən erməni ailələrini də yerləşdirmişdilər... Bunlara səbəb o idi ki, Qubadlı rayonunun adıçəkilən ərazisi münbit torpağı, sabit iqlimi ilə seçilir. Hətta 2011-ci ildə Ermənistan hökumətində Xanlıq kəndi yaxınlığında Həkəri çayının sahillərində 20 min kvadratkilometrlik ərazidə 100 min nəfərlik şəhər salmaq  və Azərbaycandan, yəni Bakıdan, Gəncədən və s. olan erməni qaçqınları orada kompakt şəkildə məskunlaşdırmaq iddiası yaranmışdı...
 
Xanlıq kəndi həm də Azərbaycan üçün tarixi baxımdan əhəmiyyətlidir.  Bu məntəqəni, demək olar ki, “ikinci Xan kəndi” adlandırmaq olar... Belə ki, “Xanlıq” vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Cavanşirın oğlu Mehrəli bəy Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adına uyğun - “Xanlıq” adlandırılıb...  
 
Bir sözlə, Xanlığın torpaqları münbit, havası, suyu gözəl olmaqla perspektivi çox böyükdür. Prezident İlham Əliyev tərəfindən 4 may 2023-cü ildə yeni təməli qoyulan kənd, inşallah, yenidən qurulacaq. Artıq  kənd ətrafında görünən texnikalar quruculuq işlərinin başlanmasından xəbər verir...
 
Qubadlının Xanlıq, İşıqlı, Muradxanlı kimi bir neçə kəndi istisna olmaqla qalan kəndləri tam xarabazara çevrilib. İşğal dövründə adı çəkilən kəndlərdə az sayda erməni yaşadığından bir neçə ev yarı-salamat vəziyyətdə qalıb...
 
...Nəhayət, Qubadlı ilə vidalaşıb Laçının cənub istiqamətində ilk kəndi olan Güləbird kəndinə çatırıq... 
Güləbird – Həkəri çayının sahilində yerləşən mənzərəli, torpağı münbit bir məntəqədir. 1993-cü ilin avqust ayının 31-də Ermənistan  Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən kənd Azərbaycanda və digər ölkələrdə məşhur bayatı ustadı aşıq-şair Sarı Aşığın doğulduğu və yaşadığı kənd kimi tanınır. 1993-cı ildə erməni vandalları Sarı Aşıgın qəbrini tamamilə dağıtmışlar...
 
Güləbird ərazisində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası 2021-ci il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Bu, azad edilmiş torpaqlarda bərpa edilib qurulan birinci elektrik stansiyası olmuşdu. Həmin stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi artıq Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin etməkdədir...
 
...Yolüstü Zabux kəndinə də dönürük. Cəmi bir ildən az müddətdə keçmiş məcburi köçkünlər üçün yeni evlərin tikildiyi, Zabux çayı üzərində, çox mənzərəli və səfalı bir məkanda yerləşən bu kənddə artıq həyat qaynamağa başlayıb. Küçələrdə abadlıq işləri davam etdirilir. Ötən ilin dekabrında kənddə yeni tipli orta məktəb binası da tikilib və  Zabuxun yeni balaca və gənc sakinlərinin istifadəsinə verilib... 
...Həkəri çayını adlayıb dolama yollarla Laçın şəhərinə doğru qalxırıq. Şəhər elə, demək olar ki, Həkəri çayından başlanır. Çayın üzərində sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulmuş yaraşıqlı bulvar kompleksi salınıb... Bir az yuxarıda Laçın idman kompleksi də görünür...
 
Şəhərin mərkəzinə qalxan yolun üzərində diqqəti ilk cəlb edən işğal dövründə -1998-ci ildə ermənilər tərəfindən tikilmiş qondarma kilsə olur. Üzərinə tor çəkilmiş tikili Azərbaycan dövlətinin humanist yanaşması sayəsində hələ də sökülməyib...
 
....32 ildən sonra doğma Laçının təbii gözəllikləri ilə yenidən qurulan, abadlaşan, bəzədilən şəhərin füsunkarlığı ilə  qovuşan panoramasını, mənzərələrini əyani şəkildə, yəni öz gözünlə gördükdən sonra yaşanan hissləri, duyğuları təsvir etmək qeyri-mümkündür...  Sevinc, şadlıq duyğuları 3 onilliyin həsrəti, kədəri,  öz torpağında, yenidən qurulan şəhərində olmaqdan duyduğun qürur, şərəf hissi ilə bu müddət ərzində itirilənlərin ağrısı, əzabı, qəmi ilə çuğlaşanda insan təsəvvüredilməz dərəcədə bambaşqa bir hala düşür...
 
Yol boyu tikinti işləri diqqəti çəkir... Laçında artıq  “Araz” supermarketi də fəaliyyət göstərir.  Yaxınlıqda tikilməkdə olan Laçın Konsert Mərkəzi də yaraşıqlı binalardan olacaq...
 
Artıq şəhərin Şuşa və Qubadlı istiqamətindən girişi olan və keçmişdən bəri “poçt” adlandırılan məkanındayıq. Sovet dövründə, yəni XX əsrin 20-30-cu illərində şəhər qurularkən ilk poçt binası məhz burada salındığından həmin məkan el arasında “poçt” adlandırılıb. Vaxtilə orada məşhur Ana heykəli də vardı. İşğal dövründə ermənilər onu uçurub yaxınlığında işğalçı əsgərlərinə abidə qoymuşdular... Bu gün isə Azərbaycan əsgərinin gücü, şəhid və qazilərimizin canı-qanı sayəsində Laçın şəhərinin bu məşhur məkanı tamamilə yeni, müasir bir görkəm almaqdadır... Bu küçə artıq Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərb naziri və Qarabağın general-qubernatoru olmuş Xosrovbəy Sultanovun adını daşıyır. “Poçt” adlanan bu yerdə  məhz rabitəyə aid olan -“Azersel”-in Laçındakı rəsmi mağazası “Laçın Telekom” da açılıb... 
Bu il həm də onunla əlamətdardır ki, işğaldan azad edilmiş digər məkanlarımız kimi Laçın sakinləri də işğaldan sonrakı ilk seçkilərə - növbədənkənar Prezident seçkilərinə hazırlaşır. Bu, küçələrə vurulmuş şüarlardan da görünür...
 
...XX əsrin əvvəllərinədək Laçın şəhərinin yerində olmuş qədim türk kəndinin  adını daşıyan “Abdallar”  istirahət mərkəzində gecələyirik. Burada qurulmuş koteclərdən şəhərə günün müxtəlif saatlarında: həm səhər, həm gündüz, həm də gecə özünəməxsus gözəlliyi olan çox füsunkar bir panorama açılır...
 
Yeri gəlmişkən, Abdallar - Laçın şəhərinin yerində olmuş qədim kəndin adı olub. Abdallar - Şah İsmayıl Xətayi dövrünün ona sadiq, döyüşkən, mərd, qəhrəman tayfalarından biri olub.... "Abdal" - bəzi ağzıgöyçəklərin düşündüyü mənanı daşımır... Əksinə, "abid" sözü ilə eyni kökdən olmaqla Allaha, Onun yoluna sadiq, mömin bəndələr anlamına gəlir...
Bəli, şahidi oluruq ki, dövlətimizin siyasəti, ordumuzun gücü, şəhid və qazilərimizin canı-qanı sayəsində işğaldan azad edilmiş Laçında sürətli quruculuq, bərpa və abadlıq işləri gedir. Amma problemlər də yox deyil...
Ertəsi gün səhər tezdən elə dünənki kimi günəşli bir havada Laçının gözəl mənzərələrini lentə ala-ala Prezidentin xüsusi nümayəndəliyinin yerləşdiyi ofisə yollanırıq. Qarşımıza ilk çıxan müəyyən problemləri olan yeni Laçın sakinləri olur. Hərənin bir problemi, dərdi var... İçəridəki iclas bitdikdən sonra Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov şikayətçiləri növbə ilə qəbul edir. Bir azdan bəndəniz də jurnalist kimi içəri dəvət olunur...
 
(Davamı var)
 
Sultan Laçın 
 
Bakı-Laçın-Şuşa-Bakı
 
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər