1724
27 Jun 2023 | 14:30

"Vaqner qrupu"nun hərbi qiyamına ABŞ-ın heç bir aidiyyatı yoxdur" - Blinken

"Rusiyada xaos hökm sürür, Putin zəifləyib və əvvəlki təsirini itirib..."
 
Priqojinin qiyamı başlayandan sonra Blinken bütün dünya boyunca təcili teleqramlar yollayıb
 
ABŞ Dövlət katibi Entoni Blinken uyunun 23-də axşam, "Vaqner qrupu"nun qiyamı baş qaldırandan sonra Dövlət Departamenti əməkdaşlarına təcili məlumatlar göndərərək Rusiyada baş verən hadisələri şərh etməməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" xəbərlər internet-saytı üç amerikalı məmura istinadən məlumat yayıb.
 
"Qeyri-adi teleqramlar həmçinin bütün dünya üzrə ABŞ diplomatlarına göndərilib. Blinkenin bu davranışı Bayden administrasiyasında Rusiyada baş verən hadisələrlə bağlı həyəcan səviyyəsini və Ağ ev və Dövlət Departamenti üçün ABŞ məmurlarının açıq və özəl şərhlərinə nəzarət etməyin nə qədər vacib olduğunu göstərib", - məqalədə deyilir.
 
Nəşrin mənbələrinin deməsinə görə, teleqramda Rusiyadakı vəziyyəti heç kimlə müzakirə etməmək göstərişi verilib. Amerika diplomatlarından Priqojinin qiyamı barədə soruşulanda isə "ABŞ vəziyyəti izləyir" cavabı verilməlidir.
 
Məmurlardan biri "Axios" nəşrinə danışıb ki, teleqramı alan şəxslərdən bəzilərində belə təəssürat oyanıb ki, bu teleqramlar bir şeyə əmin olmaq üçün göndərilib: amerikalı diplomatlarından heç biri ABŞ-ın bu böhranda hər hansı formada əli olduğu təəssüratını yaradan heç nə deməməlidir.
 
ABŞ-ın digər rəsmi nümayəndəsi qeyd edib ki, teleqramların göndərilməsi məqamında Rusiyada vəziyyət heç də aydın olmayıb, görünür, Blinken ABŞ rəsmi şəxslərinin qiyam barəsində daha müfəssəl məlumatlar üzə çıxanadək susmasını istəyib.
 
"Axios" qeyd edir ki, ötən istirahət günləri Blinken verdiyi bir neçə müsahibəsində vurğulayıb ki, "Vaqner qrupu"nun üsyanı Rusiyanın daxili problemidir və ABŞ-ın heç bir halda buna aidiyyəti yoxdur.
 
Bundan öncə Amerikanın CNN telekanalı məlumat verib ki, özəl hərbi şirkətin sahibi Yevgeni Priqojinin başçılığı ilə "musiqiçilər"in hərbi qiyamı zamanı Qərb müttəfiqləri Ukraynadan Rusiya ərazisinə zərbələr endirməməyi xahiş edib. 
 
Onlar vurğulayıb ki, "qiyam Rusiyanın daxili işidir" və Kiyevdən Ukrayna və Qərbin Rusiyanın suverenliyinə təhlükə törətdiyi və "Vaqner qrupu" muzdlularının qiyamının Kiyev tərəfindən təhrik edilməsi barədə Rusiyanın narrativlərini  qidalandırmamağı xahiş edib.
 
Qeyd edək ki, Qərb liderləri Priqojinin "musiqiçilər"inin qiyamını praktiki olaraq eyni cür şərh edib: Rusiyada "xaos hökm sürür", Putin "zəifləyib və əvvəlki təsirini itirib", Rusiya xalqının əksəriyyəti Kremldə mümkün hakimiyyət dəyişikliyinə dəstək verib. Belə ki, London güman edir ki, Priqojinin qiyamından sonra Birləşmiş Krallıq Rusiyanın "qəflətən parçalanmasına" hazırlaşmalıdır.
 
Rusiyaya dost ölkələr, əsasən, neytral mövqe sərgiləyib. Məsələn, Qazaxıstan və Çin bəyan edib ki, Priqojinin hərbi qiyamı Rusiyanın daxili işidir.
 
Yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putin ona zəng edəndə hərbi iğtişaşların qızğın çağında Türkiyə tərəfinin "cari vəziyyətin aydınlaşdırılmasında öz tövhəsini verməyə" hazır olduğunu bəyan edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər