"Əgər dərinizdə nəsə şübhə doğuran əlamət varsa, utanmadan tez bir zamanda mütəxəssisə müraciət edin..."
Yayda biz tez-tez Günəş altında oluruq, bununla da sağlamlığımız üçün zərər artır.
Dermatologiya, estetika və lazer terapiyası sahəsində ekspert, doktor Sivan Merser dərimizi Günəş şüalarının təsirinə məruz qoymaqdan öncə nələri bilmək haqqında danışıb.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Dəri xərçəngi barəsində məlumatların olmasına rəğmən, bir çox insanlar açıq havada istirahət etməkdə davam edir, bununla da özlərini zərərli Günəş şüalarına məruz qoyur. Üstəlik, bəziləri yay aylarında qaralma üçün vasitələrdən istifadəni artırır ki, onların dərisi, zənn etdikləri kimi, daha cəzbedici çalarlar alsın.
Bu riski azaltmaq üçün nə etməli?
Birincisi, il ərzində Günəş altında olma müddətini minimuma endirmək çox vacibdir ki, dəri, ümumiyyətlə, qaralmağa macal tapmasın. Əgər siz kifayət qədər D vitamini almağın qayğısına qalırsınızsa, o zaman Günəş altında ehtiyatla gəzişin, bunu qürub saatlarında və on dəqiqədən çox olmayaraq edin.
Sizin Günəş altında istənilən halda olmağınız genişoyuqlu şlyapadan və SPF 30-50 Günəşdən qorunma vasitələrindən istifadə etməklə müşayiət edilməlidir, iki saatdan bir onların dəridə qatını yeniləmək, bunu xüsusilə əgər siz dənizdə və ya hövuzda üzən zaman etmək lazımdır.
Anlamaq vacibdir ki, Günəş şüaları həm kölgədə, həm avtomobilin pəncərəsindən zərərlidir, ultrabənövşəyi şüalar isə su, beton, qum və ya qardan əks olunur, ona görə də müdafiə qaydaları həmişə və hər yerdə eynidir.
Mütəxəssislər hətta qızmar aylarda uzun qollu və ətəkli qapalı geyim tövsiyyə edir ki, dərini maksimal olaraq qorumaq mümkün olsun.
Əgər siz qaralmanı Günəş vannasında (solyarium) almaq istəyirsinizsə, o zaman mütəxəssislər bunun əleyhinə olacaq, çünki cihazın özü də həmçinin sizi təhlükəli ultrabənövşəyi şüaların təsirinə məruz qoyacaq.
Həkimə nə zaman müraciət etmək lazımdır?
Ondan başlayaq ki, sizdə şübhə doğuran istənilən əlamət yaxşı olardı ki, ailə həkiminin kabinetində və ya dermatoloqun məsləhətilə yoxlanılsın. Bədəninizdəki xalları diqqətlə müşahidə edin. Yeni yastı tünd rəngli ləkə formasında dəri törəməsinin və ya şişkinliyin inkişaf etməsi sizi narahat etməlidir.
Lakin həm də köhnə xalları da izləmək lazımdır. Əgər onların ölçüsü, rəngi, sərhədləri və ya forması qəflətən dəyişməyə başlayırsa, mütləq bu mövzuda mütəxəssislə məsləhətləşin.
Bundan başqa, yaddan çıxarmayın ki, xallar selikli qişalarda, qaşlarda, ağız boşluğunda, cinsiyyət orqanları nahiyəsində, dırnaqlarda və hətta başın tüklü hissəsində də meydana çıxa bilər.
Dermatoloqda müayinədən keçmək bütün bədənin başdan ayağa baxışını nəzərdə tutur və idealda hər il keçirilməlidir. Diaqnoz qoyulması dəridə hər bir törəməni, o cümlədən mövsümdən mövsümə dəyişiklikləri nəzərdə tutur.
Bu halda risk qrupuna açıq rəngli dərisi olanlar, ailə və şəxsi anamnezində melanoma və digər bədxassəli törəmələrin olması, bədənlərində çoxsaylı xalları olanlar və ya keçmişdə Günəş yanıqlarına məruz qalanlar aiddir.
Xallardan əlavə, dəridə kifayət qədər Günəş təsirindən yaranan çoxsaylı növ ləkələr olur, onlar piqment zədələnmələrinə aiddir, onlar artıb inkişaf etmək qabiliyyətinə malikdir. Onlara estetik problem kimi baxılmamalıdır, çünki bu halda da vaxtında dermatoloqun məsləhəti tələb ediləcək.
Anlamaq vacibdir ki, dərinizdə olan törəmə ziyansız piqment ləkəsidir, yoxsa müalicə olunası zədələnmədir. Məsələn, hiperpiqmentasiya dərinin başqa hissələrinə nisbətən tünd olan düzgün olmayan ləkələr formasında ola bilər. Xüsusilə onlar sifətin mərkəzində, yanaqlarda, alında tez-tez baş verir.
Yadda saxlayın ki, əgər dərinizdə nəsə şübhə doğuran əlamət varsa, utanmadan imkan daxilində tez bir zaman mütəxəssisə müraciət edin.
Healthy Walla