Ekskluziv
1973
21 Jun 2023 | 12:25

"ABŞ bundan sonra da Ukraynaya hərtərəfli yardım göstərməkdə davam edəcək" - Blinken

"Co Bayden administrasiyası Ukraynanın təhlükəsizliyi sahəsində yardıma indiyədək 40 milyard dollardan artıq vəsait ayırıb..."
 
Kuleba Blinkenlə görüşündə Ukraynanın NATO-da üzvlüyünün perspektivləri, sülh düsturu və əks-hücum potensialını müzakirə edib
 
Ukrayna xarici işlər naziri Dmitri Kuleba iyunun 20-də Londonda ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kuleba özünün "Twitter" səhifəsində məlumat verib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
Görüş Londonda iyunun 21-22-də keçiriləcək Ukraynanın bərpası üzrə konfransdan öncə keçirilib.
 
Ukraynalı nazir qeyd edib ki, Blinkenə ABŞ-ın Ukraynaya yardımına görə minnətdarlıq edib.
 
"Biz Ukraynanın əkshücum potensialının möhkəmləndirilməsi, Ukraynanın NATO-da üzvlüyünün perspektivləri üzrə Vilnüs sammitinin nəticələrinin hazırlanması və sülh düsturuna qlobal dəstəyin gücləndirilməsi üzrə növbəti addımları müzakirə etdik", - Kuleba yazıb.
 
ABŞ Dövlət Departamenti məlumat verib ki, Blinken görüşdə Birləşmiş Ştatların Ukrayna iqtisadiyyatının bərpasına dəstək verdiyini və İdarələrarası donorların koordinasiya platforması çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
"O, həmçinin Ukraynanın modernləşdirilməsi və dirçəlişini təmin etmək üçün bizim özəl sektorla işə tərəfdar olduğumuzu qeyd edib.
 
Onlar investisiyalar və dayanıqlı iqtisadi artım üçün Ukrayna islahatlarının davam etdirilməsinin zəruriliyini müzakirə edib. 
 
Dövlət katibi xarici işlər nazirini onun Çin Xalq Respublikasına səfəri və orada rəsmi şəxslərlə Rusiyanın Ukraynada müharibəsi barədə müzakirələri haqqında məlumatlandırıb.
 
Onlar həmçinin ABŞ-ın Ukraynaya bundan sonra iqtisadi və energetika dəstəyini və Ukraynanın təhlükəsizliyinin təmin edilməsində yardımını müzakirə edib", - pres-relizdə deyilir.
 
Kontekst:
 
ABŞ Ukraynanı Rusiyanın təcavüzü ilə mübarizəsində ardıcıl olaraq dəstəkləyir və misli görünməyən hərbi yardım edir.
 
Pentaqonun 13 iyun tarixinə olan məlumatına görə, Bayden administrasiyasının  2021-ci ildə işə başlamasından ABŞ Ukraynanın təhlükəsizliyi sahəsində yardıma 40, 7 milyard dollar, o cümlədən Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan 40 milyard dollar yardım ayırıb.
 
ABŞ Ukraynaya həmçinin maliyyə və humanitar yardım göstərir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər