2240
20 Jun 2023 | 17:06

"Ruslar bizə həmişə təkəbbürlü yanaşıb, bizə yuxarıdan aşağıya baxıb..."

"Puqaçova düşünüb ki, o, Rusiya üçün əvəzolunmazdır, amma kökündən yanılıb..."
 
"Vətənpərvər" ruhlu əməkdar artist xalq artistləri Puqaçova və Roqovtsevanı tənqid edib
 
Rusiyanın əməkdar artisti, "Xüsusi diqqət zonasında" sovet döyüş filmindən tamaşaçıların tanıdığı Boris Qalkin SSRİ xalq artistləri Alla Puqaçova və Ada Roqovtsevanı fəal Putun əleyhinə, onun fikrincə, "rusofob" mövqelərinə görə tənqid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Rusiyanın  "Arqimentı i faktı" nəşrinə müsahibəsində deyib.
 
Bu yaxınlarda SSRİ xalq artisti, Ukrayna aktrisası Ada Roqovtseva bəyan edib ki, rusiyalılar həmişə ukraynalılara yuxarıdan aşağı baxıb.
 
"Onları öyrədiblər ki, ukraynalılar pisdir, biz uydurulmuş xalqıq, dilimiz uydurulub, "kiçik qardaşıq", - Roqovtseva deyib. - Onlar bizə çox təkəbbürlü, yuxarıdan aşağıya baxıb. Mən bunu heç vaxt hiss etməmişəm, çünki buna imkan verməmişəm".
 
2014-cü ildə Krmın birləşdirilməsinə və 2022-ci ildə Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan məşhur ukraynalı aktrisa bəyan edib ki, Rusiyada Krımı çoxdan özününkü hesab edirlər və onları daha bu fikirdən "çəkindirmək" mümkün deyil.
 
"Yəqin ki, özümüzü onlardan təcrid etməliyik", - aktrisa öz fikrini ifadə edib.
 
Rusiya qoşunlarının Ukraynada hərəkətlərinə dəstək verən və müntəzəm olaraq Donbasa humanitar missiya və çıxışları ilə ziyarət edən, əvvəllər isə
tez-tez işlə bağlı Ukraynada olan Boris Qalkinin fikrincə, Ada Roqovtseva və bir çoxları Ukraynada "Ukrayna təbliğatı ilə qidalanıb" və onun "məhsuluna" çevrilib.
 
"Onun rusofob fikirləri onun şəxsi həqiqəti deyil, - Boris Qalkin deyib. - Roqovtseva son 10 ildə Ukraynada millətçilərin insanları qidandırdıqları yalanları "həzm edib". Bu, onun üçün ağrılı olub, amma bu, baş verib. İndi o, buna müqəddəscəsinə inanır".
 
Aktyor Puqaçova barəsində daha sərt danışıb.
 
"Puqaçoca düşünüb ki, o, Rusiya üçün əvəzolunmazdır, - Qalkin hiddətlənib. - Kökündən yanılıb. Ona çox zaman ayırmaq böyük şərəf olardı! Bağışlayın, mən onun barəsində heç danışmaq isrəmirəm. 
 
Bunlar populyar qovuqcuqlardır, günbəgün  gah bu, gah da digər məsələ ilə bağlı- qalmaqalla, doğum günlərilə, yerdəyişmələrilə, öz imarətlərinin satışı ilə şişib partlayır, bezmişik daha! Bu nədir, başqa mövzularımız yoxdur bəyəm?!"
 
Xəbər verildiyi kimi, sovet və Rusiya estradasının "Primadonna"sı Alla Puqaçova may ayında İsrailin Qeysəriyyə şəhərində Andrey Makareviçin və onun "Maşina vremeni" qrupunun konsertini ziyarət edib.
 
Məşhur müğənni, sadəcə, tamaşaçı zalında əyləşməyib, səhnəyə çıxaraq fanatlarını salamlayıb və "Maşina vremeni" qrupuna dəstək verib. Puqaçova öz emosiyalarını özünün "İnstagram" səhifəsində bölüşüb:
 
"Maşina vremeni" ("Zamanın qatarı") istənilən zamanda ZAMANINDADIR. Doğum gününüz mübarək olsun, dostlar!" - müğənni konsertdən dərc etdiyi videonu belə şərh edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər