Almaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı
Dünya
144
20:27, Bu gün

Almaniya kansleri sosial şəbəkələrdə üzləşdiyi təhqirlərdən danışdı

Almaniya Kansleri Fridrix Merts sosial şəbəkələrdə ondan əvvəlki heç bir ölkə liderinin məruz qalmadığı hücum və təhqirlərlə qarşılaşdığını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

"Mən sosial şəbəkələrə yalnız nadir hallarda daxil oluram. Orada haqqımda yayılanlara, təhqirlərə baxsanız, görərsiniz ki, məndən əvvəl heç bir Almaniya kansleri belə hallarla qarşılaşmayıb. Mən bundan şikayət etmirəm, lakin reallıq belədir", - deyə Merts bildirib.

O qeyd edib ki, kansler postunda onun sələfi Olaf Şoltsun ünvanına da sərt hücumlar olub:

"Fərq ondadır ki, Şolts əhaliyə onu seçsələr, hər şeyin o qədər də pis olmayacağını təlqin etməyə çalışırdı. O, həmişə təhlükəsizlik siyasətini sosial siyasətə qarşı qoymaq istəmədiyini təkrarlayırdı. Biz artıq bunu özümüzə rəva görə bilmərik, prioritetləri müəyyənləşdirməliyik. Mən daim səlahiyyət müddətimin başa çatması barədə düşünmürəm. Eynilə, səlahiyyətlərin uzadılması hökumət başçısı postunda fəaliyyətimin əsas məqsədi deyil".

"Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilən son sorğunun məlumatlarına görə, Merts ilk dəfə Almaniya siyasətçilərinin populyarlıq reytinqində sonuncu yerə düşüb. O, 20-ci yeri tutub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər