Mourinyo
İdman
143
20:31, Bu gün

Mourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib

"Mənim növbəti məqsədim "Benfika"nı UEFA Çempionlar Liqasına çıxarmaqdır".

Moderator.az xəbər verir ki, bunu Joze Mourinyo "Benfika"nın baş məşqçisi kimi "Real Madrid"ə mümkün təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.

"Əgər növbəti üç oyunda qalib gəlsək, Avropanın ən böyük turnirində oynayacağıq. Hazırda düşündüyüm yeganə məsələ budur", - deyə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində J.Mourinyonun sözlərindən sitat gətirib.

Xatırladaq ki, daha əvvəl 63 yaşlı portuqaliyalı mütəxəssisin "Real Madrid"də baş məşqçi postuna əsas namizəd olduğu və klub prezidenti Florentino Peresin artıq danışıqlara başladığı bildirilirdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər